Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi”Elliott Smith review. All Music Guide. Erişim tarihi:23.4.2008. bir vokal tərzi vardı.

İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı.

Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldüSmith'in resmi otopsi raporu The Smoking Gun. Accessdate:23.4.2008.. Bu bıçaq zərbələrinin bir cinayətinmi yoxsa bir intiharınmı nıticəsi olduğu açıqlana bilmədiSmith Autopsy Inconclusive - Police keep investigation of singer-songwriter's death open. Rolling Stone. Accessdate:23.4.2008.. Smitin bədəni yandırıldı və cəmiyyətə açıq bir xatirə yeri müəyyən edilmədi. Ölümündən öncə altıncı studio albomu From a Basement on the Hill üzərində işləyirdi. Bu albom ölümündən sonra, 19 oktyabr 2004cü ildə yayımlandı.

İstinadlar

Xarici keçidlər

All Music Guide'da Elliott Smith

Yayınlanmamış demoları Bazı canlı kayıtları - Archive.org. Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Virgin Records artistləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:Musiqi Kateqoriya:Səbəbi bilinməyən ölümlər Kateqoriya:İndi-pop musiqiçiləri