Vesli Kler Mitçell (; ) — ABŞ iqtisadçısı və statistiki, Harvard məktəbinin nümayəndəsi.
Həyatı Vesli Kler Mitçell 5 avqust 1874-cü il tarixində ABŞ-nin İllinoys ştatında yerləşən Raşvill şəhərində anadan olmuşdur. O, 1909–1912-ci illərdə Kaliforniya Universitetinin, 1914–1919 və 1922–1944-cü illərdə isə Kolumbiya Universitetinin professoru olmuşdur. Mitçell 1920–1945-ci illərdə Milli İqtisadi Tədqiqatlar Bürosuna başçılıq etmişdir. Onun üçün təsviri-statistik metod, iqtisadi proseslərə empirik yanaşma, kapitalizmin obyektiv iqtisadi qanunlarını nəzərə almamaq xarakterikdir. Mitçell iqtisadi sikllərin tədqiqatçısı kimi tanınmış Mitçell kapitalist iqtisadiyyatının böhransız inkişafının mümkünlüyünü sübut etməyə çalışmışdır. O, 1929–1933-cü illər iqtisadi böhranından sonra "tənzimlənən kapitalizm" nəzəriyyəçilərindən biri olmuşdur. Mitçell 29 oktyabr 1948-ci il tarixində, 74 yaşında ABŞ-nin Nyu-York şəhərində vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Fiorito, Luca, and Massimiliano Vatiero. "Wesley Clair Mitchell and the 'Illiberal Reformers' A Documentary Note." History of Political Economy 53.1 (2021): 35–56. online Ginzberg, Eli. "Wesley Clair Mitchell" History of Political Economy (1997) 29#3 pp 371–390. Reproduces autobiographical essay written in 1931 but never published.
Morgan compares Mitchell's approach to business cycles with both earlier and later approaches. Rutherford, Malcolm. "Institutional Economies at Columbia University." History of Political Economy 36.1 (2004): 31–78 online.
Xarici keçidlər History of Economic Thought: Wesley Clair Mitchell S. Fabricant: The Founding of the NBER Finding aid to the Wesley Clair Mitchell papers at Columbia University
Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İnstitusionistlər Kateqoriya:İqtisadi tsikllər Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Harvard Universitetinin müəllim köməkçiləri