Rştuni () — Rştunik bölgəsini idarə edən qədim erməni zadəgan sülaləsi.

Mənşə İddiaya görə, sülalə Urartu hakimi I Rusasın nəslindən gəlirdi,Тер-Саркисянц А. История и культура армянского народа с древнейших времен до начала XIX в. М.: Издат РАН, 2008. С. 180 lakin Movses Xorenlinin "Ermənistan tarixi" əsərinə görə, Rştuni Süni sülaləsinin bir qolu idi.

Tarixi Sülalənin ilk bilinən üzvü təxminən 330-cu ildə anadan olan Mənuçöhr Rştuni idi. Qardaşı Zora və şahzadə Vaçe Artsruni ilə birlikdə Ermənistan çarı Tirana qarşı üsyan qaldırmışdır. Çar iki ailənin də məhv edilməsini əmr etmiş, lakin Savasp Artsruni və Tacat Rştuni sağ qalmışdır.

VII əsrin əvvəllərində sülalənin ən əhəmiyyətli üzvü və aparıcı siması Feodor Rştuni idi. O, 638-ci ildən 655-ci ilə qədər Ermənistan mərzbanı və sonradan çarı idi. O, Ermənistanı Bizans və ərəblərdən qorumağa çalışırdı. Sasani imperatorluğunun süquta uğramasından sonra 642-ci ildə müsəlmanların Ermənistana hücumları başlamışdır. Nəticədə, Feodor xəlifə tərəfindən Dəməşq şəhərinə sürgün edilmişdir. Bundan sonra sülalə tarixi əhəmiyyətini itirir, Arstrunilərin vassalı olur və 656-cı ildə irsi torpaqları olan Bznuniki Mamikonyanlara itirir.

İstinadlar

Əlavə oxu Рене Груссе, Ru de L'Armenia de origines à 1071, Париж, 1973,

Kateqoriya:Ermənistan ailələri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Qədim Ermənistan Kateqoriya:VII əsrdə yarananlar