right|thumb|250x250px|Kamal Faruqi 1930–31 mövsümünün çempion yığmasında ən öndə duran kapitan Nihat Bekdikin arxasında ikən. Kamal Faruqi () —Türkiyənin keçmiş milli futbolçusudur.
Həyatı və karyerası Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur.
Klub komandalarında karyerası İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu.
1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.
Gözlənilməz hərəkətlər etdiyi üçün "Zidd Kamal" ləqəbini aldı.02.07.1983, Milliyet, Sayfa 16
Milli komanda karyerası İlk dəfə 17 iyul 1927-ci ildə Bolqarıstanla oynanan və 3–3 bərabərliklə nəticələnən xüsusi matçda ilk dəfə milli komandada oynadı. Bu ilk beynəlxalq matçda da qol vurdu. Məşqçi Bela Toth vəzifədə olduğu 1927–1928 arasında oynanan 3 milli matçda 2 qol vurdu.
Ölümü Kamal Faruqi 27 yanvar 1988-ci ildə Qahirə şəhərində vəfat etmişdir.
Karyera statistikaları
Milli komanda qolları # Tarix Yer Rəqib Hesab Nəticə Turnir 1 17 iyul 1927 Slaviya Stadionu, Sofiya, Bolqarıstan 3–3 Bərabərlik Yoldaşlıq görüşü 2 15 aprel 1928 Stadionul Gloria-CFR, Bistritsa, Rumıniya 4–2 Məğlubiyyət Yoldaşlıq görüşü
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:1988-ci ildə vəfat edənlər Kateqoriya:1906-cı ildə doğulanlar Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə jurnalistləri