Ferqus Urkhart (; ) — Şotlandiya əsilli ABŞ geymdizayneri və "Obsidian Entertainment" şirkətinin baş direktoru.

Karyerası Urkhart xüsusilə "Black Isle Studios" studiyasının rəhbəri olaraq "Interplay Entertainment" şirkətindəki işləri ilə tanınır. Studiya Urkhartın 1997-ci ildə qurduğu "Interplay"in daxili rol videooyun şöbəsi idi. Urkhart onlarla birlikdə ilk iki "Fallout" oyunu üzərində çalışmışdır.

Urkhart və bir neçə digər işçi "Interplay" şirkətinin maddi çətinliklərlə üzləşdiyi və "Black Isle Studios" studiyasının gələcəyi qeyri-müəyyən olduğu bir dövrdə şirkəti tərk etmişdir. Onlar 2003-cü ildə "Obsidian Entertainment" şirkətini qurmuşdur.

Şəxsi həyatı Urkhart ABŞ-nin Kaliforniya ştatının Vest-İrvin şəhərində yaşayır. O, Marqo adlı bir qadınla evlidir və cütlüyün iki övladı var.

Mükafatlar 1999-cu ildə "IGN" saytının "RPG Vault" layihəsi ona "İlin elan edilməmiş qəhrəmanı" mükafatını vermiş və əlavə etmişdir ki, "o, həmişə şan-şöhrəti özündən uzaqlaşdırmağa tələsdiyi üçün azarkeşlərin böyük əksəriyyəti Ferqusun "Black Isle" buraxılışlarına verdiyi töhfələrdən xəbərsiz qalır".

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ videooyun dizaynerləri Kateqoriya:Fallout üzərində işləyənlər Kateqoriya:Obsidian Entertainment Kateqoriya:Interplay Entertainment Kateqoriya:ABŞ videooyun prodüserləri