İnfant Antonio Filipp () () – İspaniya kralı III Karlın ən böyük oğlu, İspaniya infantı. Ancaq əqli geriliyi səbəbilə taxt sırasından çıxarıldı və özündən kiçik qardaşları Karl və Ferdinand ondan önə keçdi. Atasının 1759-cu ildə İspaniya taxtına çıxmasıyla bütün ailəsi Madridə köçdü. Ancaq Antonio Filipp Neapolda həbs tutulduğu sarayda yaşamağa davam etdi və 30 yaşında tutulduğu çiçək xəstəliyindən vəfat etdi.

Mənbə Acton, Harold. The Bourbons of Naples (1734–1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Rubio, Maria José. Reinas de España. La Esfera de los Libros, Madrid, 2009. ISBN 978-84-9734-804-1

İstinadlar

Kateqoriya:Taxta çıxanmayan varislər Kateqoriya:İspaniya infantları