Tofiq Abbas oğlu Abbasov () — yarımmüdafiəçi mövqeyində çıxış etmiş SSRİ futbolçusu.
Həyatı Tofiq Abbasov 13 iyul 1949-cu ildə Sumqayıt şəhərində doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1973-cü ildə institutu tamamlayıb. 1966-cı ildən 1967-ci ilədək "Polad" futbol komandasında, 1968-ci ildən 1979-cu ilədək Neftçi Bakı klubunda oynayıb. 1984-cü ildə Moskvada məşqçilik məktəbinə daxil olub, 1986-cı ildə bitirib. 1986-cı ildən 1987-ci ilədək Termist, 1987-ci ildən 1988-ci ilədək Xəzər Sumqayıt, 1989-cu ildən 1992-ci ilədək "Göyəzən" komandasında baş məşqçi işləyib. 1992-ci ildən Rusiyanın Moskva vilayətində idman sahəsində işləyir. Hazırda "Dinamo" (Moskva) qadınlardan ibarət basketbol komandasını çalışdırır, klubun baş direktorudur.
Ailəlidir, iki övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları