Xose Mariya Heredia () — Kuba şairi. Kuba milli poeziyasının banilərindən biridir.

Klassisizm üslubunda inqilabi-vətənpərvərlik ruhlu şeirlər yazmışdır. İspan müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdır. Poeziyasına romantik qiyamçılıq və melanxoliya, "yerli kolorit" axtarışları xasdır. Təbiət qüvvələrinin gücünü ifadə edən şeirləri ilə məşhurdur.

Əsərləri 1820. Çolulada Teokalla üzərində 1822. Fırtınada 1824. Niaqara 1825. Sürgün edilmişin nəğməsi

İstinadlar

Kateqoriya:Meksika şairləri Kateqoriya:Kuba inqilabçıları Kateqoriya:Romantisizm dövrü yazıçıları Kateqoriya:XIX əsr şairləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri