Şirvan bəylərbəyilərinin siyahısı ―Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Şirvan bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı.
Səvəfi hökmdarı I Tәhmasib 1538-ci ildә Şirvanşahlar dövlәtinin varlığına son qoyduqdan sonra inzibati idarəetməni təmin etmək məqsədilə Şirvan bəylərbəyliyinin əsasını qoydu. Şirvanın geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur. Sözügedən vahidin ilk rəhbəri, yəni "bəylərbəyi" adlanan statusa malik ilk idarəçisi I Təhmasibin qardaşı Əlqas Mirzə olmuşdur.
Bütövlükdə, Şirvan bəylərbəyliyinin hüdudları daxilində tәsәrrüfat hәyatı, ticarәt vә sәnәtkarlıq dinamik inkişaf etmiş və bu baxımdan da mərkəzi hakimiyyətin daima diqqət mərkəzində olmuşdur.
Şirvan bəylərbəyiləri
Sıra Hakimiyyət dövrü Bəylərbəyi11538-1547 Əlqas Mirzə21538-1541 Bədr xan Ustaclı31538-1543 Qazi xan Təkəli41543-1547 Bədr xan Ustaclı51547-? İsmail Mirzə61547-1549 Şahverdi sultan Ziyadoğlu-Qacar71548-1550 Bürhan Əli8?-1549 Mehrab Mirzə91549-1550 Qurban Əli Mirzə101554 Qasım mirzə Dərbəndi111549-1565 Abdulla xan Ustaclı121566 Mustafa bəy131566 Şah Bəy Əli141567 Fərruxzad Bəy Qaradağlı151567-1576 Araz xan Rumlu161577 Əbu Turab Soltan Ustaclı17müvəqqəti Kavus mirzə Dərbəndi18müvəqqəti Araz Soltan xan Rumlu19müvəqqəti Əbubəkr mirzə Dərbəndi20müvəqqətiPənah Məhəmməd xan Zulqədər21müvəqqəti Məhəmməd xan Xəlifə Hacılar Zulqədər221579-? Suleyman xan Ustaclı231580-1583 Peykər sultan Ziyadoğlu-Qacar241583-? Ənsar xəlifə Qaradağlı251604–1605Kaxetiyalı I Konstantin 261583-1607Osmanlı idarəçiliyi271607-1610Zülfiqar Qaramanlı281610-1624 Yusif xan291624-1633 Qazaq xan Çərkəz301633-1643 Ərəb xan Şamlı311643–1653Xosrov xan Armani321653–?Nəcəfqulu xan Çərkəz33?-?Baxtan bəy34?–1663Məhəmməd bəy ibn Siyavuş351663–1667Nəcəfqulu xan Çərkəz361667–?Mehrəli xan37?-? Xosrov xan381718–?Həsənəli xan Dağıstani39?-? Hüseyn bəy
İstinadlar
Kateqoriya:Şirvan bəylərbəyiləri