Azerconnect Group — Azərbaycanın İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri. Şirkət öz tərəfdaşlarına mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər göstərir. Ölkədə rəqəmsal həllər təqdim edən aparıcı şirkət kimi "Azerconnect Group" qlobal innovasiyaları yerli bazara gətirərək regionda dayanıqlı və gələcəyə hazır rəqəmsal infrastruktur qurmağa davam edir.
Haqqında "Azerconnect Group" İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. 2013-cü ildə təsis edilən şirkətin baş direktoru Emil Məsimovdur. "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 2021-ci ilin may ayında "Azerconnect Group" Azərbaycanda ilk dəfə böyük işçi heyəti üçün məsafədən işləmək imkanı yaradan FLEXcellence proqramının tətbiqinə başlayıb. 2024-cü ildə rəqəmsallaşma, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələr üzrə təkmilləşdirmə işlərini sürətləndirilməsi məqsədilə "Azerconnect Group" və "Vodafone Group" arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. 2024-cü ildə şirkət ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirərək Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. "Azerconnect Group"a daxil olan "AzerTelecom" şirkəti tərəfindən hazırda Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" layihəsi həyata keçirilir.
"Vodafone Group"la strateji tərəfdaşlıq 2024-cü ildə "Azerconnect Group" və dünyanın aparıcı telekommunikasiya şirkəti "Vodafone Group" arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə şirkətin rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzi, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi sahələrdə fəaliyyətinin inkişafına yönəlib. Əməkdaşlıq çərçivəsində biznes proseslərinin səmərəliliyinin artırılması və əlavə dəyərin yaradılması nəzərdə tutulur.
"Rəqəmsal İpək Yolu" layihəsi Avropa ilə Qafqaz, Mərkəzi və Cənubi Asiya ölkələrini birləşdirən "Rəqəmsal İpək Yolu" beynəlxalq telekommunikasiya layihəsi "Azerconnect Group"a daxil olan "AzerTelecom" şirkəti tərəfindən həyata keçirilir. Layihə rəqəmsal məzmunun və internet xidmətlərinin Avropa internet mərkəzlərindən region ölkələrinə ötürülməsini nəzərdə tutur.
Layihənin marşrutu Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək. Bu telekommunikasiya dəhlizi yüksək ötürmə qabiliyyəti, məlumatların ötürülməsində minimal gecikmə və qısa marşrutu ilə seçilir.
Layihənin həyata keçirilməsi region ölkələrində artan internet trafiki tələbatının ödənilməsinə, rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və regional əməkdaşlığın inkişafına töhfə verməsi gözlənilir. Bundan əlavə, layihə Avrasiya məkanında iqtisadi sabitlik və rifahın genişlənməsinə dəstək olacaq.
Mükafatları 2023, 2024 və 2025-ci illərdə şirkət Top Employers Institute (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən Azərbaycanda Ən Yaxşı İşəgötürən şirkət sertifikatına layiq görülüb. "Azerconnect Group" ardıcıl olaraq üçüncü dəfə "Ən yaxşı işəgötürən" beynəlxalq sertifikatını əldə edən yeganə yerli şirkət olub. 2024-cü ildə "Azerconnect Group" BMT-nin İnkişaf Proqramı tərəfindən "Gender İnklüziv İş yeri" mükafatına layiq görülüb. "Azerconnect Group" beynəlxalq audit şirkəti "Deloitte" tərəfindən təsis olunmuş "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsinin qalibi elan edilib.Azerconnect Group "Best Managed Companies Azerbaijan 2024" mükafatına layiq görülüb (apa.az) İnsan resurslarının idarə edilməsi sahəsində həyata keçirdiyi müxtəlif layihələrə görə 2024-cü ildə "Azerconnect Group" altı müxtəlif kateqoriya üzrə, 2023-cü ildə isə üç müxtəlif kateqoriya üzrə nüfuzlu "Brandon Hall Group" mükafatına layiq görülüb. Şirkət tərəfindən icra olunan müxtəlif innovativ layihələr 2024 və 2023-cü illərdə müvafiq olaraq üç müxtəlif kateqoriya üzrə beynəlxalq "Stevie" mükafatına layiq görülüb.
Üzv olduğu təşkilatlar BMT-nin Qlobal Sazişi (UN Global Compact) Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) "Caspian Energy Club" (CEC)
Fəaliyyət sahələri "Azerconnect Group" informasiya və kommunikasiya texnologiyaları sektorunda olan şirkətləri aşağıdakı xidmətlərlə təmin edir: Mobil; İnternet; Beynəlxalq kanalların təşkili; FinTech; AdTech; Media / TV.
Tərəfdaşlar "Azerconnect Group" bir sıra yerli və xarici şirkətlərlə tərəfdaşlıq əlaqələrinə sahibdir. Tərəfdaşlar sırasında "Bakcell", "AzerTelecom", "Pasa Construction", "NOKIA", "Microsoft", "ORACLE", "Xalq Bank", "Huawei", "Xalq Sığorta", "BBTV", "Ultel", "Nar" və digər şirkətlər var.
İctimai fəaliyyət və layihələr (təşəbbüslər) "TIME" jurnalında "Azerconnect Group"un fəaliyyətindən bəhs edən məqalə yayımlanıb.
2024-cü ildə "Azerconnect Group" regionda ilk dəfə Azərbaycanda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransı dəstəkləyib.
Dünya Bankı tərəfindən hazırlanan "Azərbaycanda qadınların məşğulluğu qarşısında maneələrin aradan qaldırılması" adlı hesabatda "Azerconnect Group"un müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət (MBİM) prinsiplərinin təşviqi istiqamətində icra etdiyi strategiyaya geniş yer ayrılıb."Azerconnect Group"un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının hesabatında (qafqazinfo.az)
"Azerconnect Group" Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə həyata keçirilən "4Sİ Akademiyası — Milli Proqram"ın tərəfdaşı olub."Coursera" platformasında "Milli Proqram"ın interfeysi Azərbaycan dilində istifadəyə verilib (4sim.gov.az)
2025-ci ildə "Azerconnect Group" və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün "Gələcəyin mediası: "Əkinçi"nin izi ilə" adlı media forum keçirilib."Azerconnect Group" və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media forum keçirilib (media.gov.az)
İstinadlar
Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan telekommunikasiya şirkətləri Kateqoriya:Telekommunikasiya