Elşən Əzim (Elşən Baxşeyiş oğlu Əzimov; ) — Azərbaycan şairi, yazıçısı və pedaqoqu; Azərbaycan Yazıçılar Birliyi (2003) və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü. "Söz odası" qəzetinin təsisçisi və baş redaktoru.

Həyatı Elşən Əzim 28 avqust 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib.

Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur.

Yaradıcılığı 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru işləmiş, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis etmişdir. Azərbaycan ədəbiyyatını Türkiyədə, Qırğızıstanda, Özbəkistanda müxtəlif tədbirlərdə təmsil etmişdir.

Şeirləri rus, belarus, bolqar, türk, qırğız, qazax, özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin mətbuatında və şeir antologiyalarında çap olunmuşdur. Eyni zamanda Özbək, Qırğız, Qazax dillərindən Azərbaycan dilinə şeirlər poemalar tərcümə edərək Azərbaycan mətbuatında yayımlamışdır.

2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin iştirakçısı olub.

Təltifləri 2013-cü ilin iyun ayında Türk Dünyası Yazarlarının Bakı Toplantısında Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Türk Dünyasına Xidmət Ödülü ilə mükafatlandırılıb.

Kitabları Könlümə yağan yağış, Bakı, "Şur", 2000 Yuxu danışıram, Bakı, "Borçalı", 2006 İllərin o tayı, Bakı, "Qanun", 2014

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Məktəb direktorları Kateqoriya:Bakı Slavyan Universitetinin məzunları