Henri La Fonten — ( 22 aprel 1854, Brüssel- 14 may 1943, Brüssel), Belçika beynəlxalq hüquqşünası və Beynəlxalq Sülh Bürosunun prezidenti idi. 1913-cü ildə Nobel sülh mükafatını aldı, çünki "Avropada barış hərəkatının təsirli lideri idi"." Henri La Fontaine – Facts ". Nobelprize.org. Nobel Media AB 2014. Web. 19 January 2017.

Həyatı La Fonten 22 aprel 1854-cü ildə Brüsseldə anadan olub və Brüsselin Azad Universitetində hüquq fakültəsində təhsil alıb (indi Brüssel Universiteti və Brüssel Vrici Universiteti ayrıldı). 1877-ci ildə vəkilliyə qəbul edildi və beynəlxalq hüquq üzrə böyük nüfuza sahib oldu. O və bacısı Leoni La Fonten, 1890-cı ildə Belçika Qadın Hüquqları Liqasını quraraq, qadın hüquqları və seçki hüququnun müdafiəçiləri idilər. 1893-cü ildə Brüsselin Azad Universitetində beynəlxalq hüquq professoru oldu və iki il sonra Sosialist Partiyasının üzvü olaraq Belçika Senatına seçildi. 1919-1932-ci illərdə Senat sədrinin müavini vəzifəsində çalışıb.

La Fonten, 1882-ci ildə qurulan Beynəlxalq Sülh Bürosu ilə daha tez maraqlandı və Büronun 1899 və 1907-ci illərdəki Haaqa Sülh Konfranslarını həyata keçirmə səylərində təsirli oldu. 1907-ci ildən 1943-cü ilə qədər (vəfat edənə qədər0 Büro sədri vəzifəsində çalışdı. Birinci Dünya müharibəsi, La Fonteni sülh bağlandıqda, dünyanın beynəlxalq məhkəmə quracağına inandırdı. Jozef Hoces Çoat, Eliu Rut, Çarls Uilyam Eliot və Andryu Dikson Vayt da daxil olmaqla bir sıra mümkün üzvlər təklif etdi. La Fonten, eyni zamanda, dünya pasifist təşkilatlarının birləşməsi fikrini irəli sürdü.

1919-cu ildə Paris Sülh Konfransında və Millətlər Birliyi Assambleyasında (1920-21) Belçika nümayəndə heyətinin üzvü idi. Dünya barışını inkişaf etdirmək üçün digər cəhdlərində Mərkəz İntellektual Mondialını (daha sonra Millətlər Birliyi İntellektual Əməkdaşlıq İnstitutuna birləşdirildi) qurdu, dünya məktəbi və universiteti və dünya parlamenti kimi təşkilatları təklif etdi. 1907-ci ildə Paul Otlet ilə Beynəlxalq Dərnəklər Birliyini qurdu. Paul Otlet ilə birlikdə Institut International de Bibliographie -nin (daha sonra Beynəlxalq Məlumat və Sənədlər Federasiyası, FID oldu) həmtəsisçisidir. 1937-ci ildə Otletlə Ümumdünya Sənədləşmə Konqresinə qatıldı.

Henri La Fonten mason idi və Brüsseldəki Les Amis Xeyriyyəçilik Lojasının üzvü idi. 14 may 1943-cü ildə Brüsseldə vəfat etdi.

İşləri Henri La Fonten bir sıra hüquqi kitabların və beynəlxalq tarixi arbitraj sənədlərinin müəllifi idi: Les droits et des obligations des entrepreneurs de travaux publics (1885) Traité de la contrefaçon (1888) Pasicrisie internationale (1902) Bibliographie de la Paix et de l'Arbitrage (1904) Eyni zamanda La Vie Internationale icmalının qurucusu idi.

Həmçinin bax Nobel Sülh mükafatı laureatlarının siyahısı

İstinadlar

Xarici keçidlər

Henri La Fonten — həyatı Nobelprize.org saytında tərcümeyi-halı Henri La Fontaine Life

Kateqoriya:Nobel Sülh mükafatı laureatları