"Xalqın xidmətçisi" (, , bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.

Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. The Ministry of Justice registered the party "Servant of the people" , Ukrainian News Agency (26 April 2018) Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi.

Aktyor heyəti və personajlar Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi

Buraxılışı "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi. Serial həmçinin bəzi ölkələrdə "Netflix" kimi seriallar və filmlər platformasında yayılmışdır.

Belarus telekanalı "Belarus-1" şounun yayımına 11 noyabr 2019-cu il tarixində başladı. The "servant of the people" in Russia: after the cut joke about Putin the series was removed from the air , Ukrayinska Pravda (11 December 2019)

Rusiyanın "TNT" telekanalı 11 dekabr 2019-cu ildə serialın ancaq pilot epizdonu göstərdi və bunun "platforma barədə məlumatlılığın artırılması üçün marketinq hiyləsi" olduğunu bildirdi. "TNT" telekanalı epizoddan Ukraynada məşhur anti-Putin sloqana aid olan zarafatı kəsmişdir, Həmin səhnədə yeni seçilmiş prezident Qoloborodko Rusiya Prezidenti Vladimir Putinin "Hublot" brendli saatı taxıb-taxmadığını soruşur.

Davamı "Xalqın xidmətçisi 2" adlı bədii film 2016-cı ildə işıq üzü gördü. 2017-ci ildə yayımlanan ikinci mövsümdə süjeti genişləndirmək üçün filmdəki kadrlardan istifadə edilmişdir. Üçüncü mövsüm 2019-cu ildə çıxdı, dördüncü isə hazırda istehsal olunur.

İstinadlar

Xarici keçidlər

Servant of the People on Netflix (coğrafi yerə görə filmi izləmək hüquqları dəyişir)

Kateqoriya:2010-cu illərdə Ukrayna teleserialları Kateqoriya:Siyasi satira teleserialları Kateqoriya:Rus dilində teleseriallar Kateqoriya:Ukrayna komediya teleserialları Kateqoriya:İş yeri haqda komediya teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Siyasi teleseriallar