Nadejda Sozonova () — Rusiyalı qadın reqbiçi. Qadın reqbiçələrdən ibarət Rusiya milli komandasının və Moskvanın "MOİK" qadın reqbi komandasının üzvu. "Reqbi-7" üzrə qadınlardan ibarət Rusiya milli komandasının kapitanı. 2013, 2014 və 2016-cı illərdə Avropa çempionu olub. Rusiyanın əməkdar idman ustasıdır.
Karyerası Karyerasına 2008-ci ildə Krasnodarın "Yujanka" komandasında başlayıb. 2009-cu ildə Krasnodarın "Kuban" komandasına keçir. Krasnodar təmsilçisinin heyətində 10 il oynadıqdan sonra, 2019-cu ildə Moskvanı təmsil edən "MOİK" komandasına keçir.
İstinadlar
Kateqoriya:Rusiyanın əməkdar idman ustaları