Tərsəçay — Ermənistanda yerləşən çay. Ermənicə adı Getikdir. Çəmbərək rayonundan başlayaraq Qaraqoyunlu dərəsiylə axaraq Dilican rayonu ərazisində Ağstafaçaya tökülür. Mənbəyi dəniz səviyyəsindən 2450 metr yüksəklikdə yerləşir. Çayın uzunluğu 58 km-dir. Hövzəsinin ümumi sahəsi 581 km²-dir. Axım sürəti dəqiqədə 31,9 km-dir. Əsasən qar və yağış sularıyla qidalanır. Qaraqoyunlu mahalının Polad Ayrım, Salah, Qaraqaya (Qaraqoyunlu), Çaykənd (Qaraqoyunlu) və Gölkənd kəndləri Tərsəçayın sahilində yerləşir.

İstinadlar

Kateqoriya:Ermənistan çayları Kateqoriya:Kürün qolları