Aleksey Yureviç Avdeyev () — Rusiya Federasiyası hərbi xadimi. 2019-cu ildən Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant (2016).

Həyatı 1967-ci il mayın 17-də Daşkənddə anadan olmuşdur. 1984-cü ildə Sverdlovsk Suvorov hərbi məktəbini bitirmişdir. 1988-ci ildə V. I. Lenin adına Qırmızı Ulduzlu Daşkənd Ali Ümumqoşun Komandanlıq məktəbindən müdavim olmuşdur.

Hərbi məktəbi bitirdikdən sonra, 1988–1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandir vəzifələrində xidmət etmişdir.

1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirmişdir. 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında təhsil almışdır.

Hərbi karyerası Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirdikdən sonra motoatıcı diviziyanın komandiri (Sibir Hərbi Dairəsi) təyin edilmişdir.

2010-cu ilin ortalarında təşkilatlanma və səfərbərlik şöbəsinin müdiri — Sibir Hərbi Dairəsinin təşkilati və səfərbərlik işləri üzrə qərargah rəisinin müavini (Novosibirsk) təyin olunmuşdu. 2011-ci il yanvarın 9-da Rusiya prezidentinin fərmanı ilə 41-ci Ümumqoşun ordusu (Novosibirsk, Mərkəzi Hərbi Dairə) komandanının müavini təyin edilmışdir.

2012-ci ildə Rusiya prezidentinin fərmanı ilə Qırmızı Bayraqlı 6-cı Ümumqoşun Ordusunun (Sankt-Peterburq, Qərb Hərbi Dairəsi) komandanının birinci müavininin baş qərargah rəisi təyin olunmuşdir.

Aleksey Avdeyevə general-mayor hərbi rütbəsi Rusiya Prezidentinin 13 dekabr 2012-ci il tarixli 1641 nömrəli fərmanı ilə verilmişdir.

2014-cü ilin iyulundan 2017-ci ilin aprelinədək — 29-cu Ümumqoşun Ordusunun komandanı olmuşdur. Avdeyevə General-leytenant hərbi rütbəsi Rusiya Prezidentinin 11 iyun 2016-cı il tarixli 276 nömrəli fərmanı ilə verilmişdir. 2017-ci ilin aprelindən 2018-ci ilin aprelinədək — Qərb Hərbi Dairəsinin Qırmızı Bayraqlı 1-ci Qvardiya Tank Ordusunun komandanı olmuşdur.

2018-ci ilin aprelindən 2019-cu ilədək — Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasının rəhbəri vəzifəsini yerinə yetirmişdir. 2019-cu ildən — Cənub Hərbi Dairəsi komandanının müavini təyin edilmişdir.

Şimali Qafqazda döyüş əməliyyatlarının iştirakçısı olmuşdur.

Mükafatları "Vətənə xidmətə görə" 3-cü və 4-cü dərəcəli "Jukov" ordeni "Hərbi xidmətlərə görə", "Dostluq" ordeni "Suvorov" medalı "Qüsursuz xidmətə görə" fərqlənmə nişanı Rusiya Federasiyasının ordenləri

İstinadlar

Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları