Zveçevo — 20 oktyabr 1921-ci ildə Pojeqada yaradılmış və güclü spirtli içkilər istehsal edən Stock Cognac Medicinal (Stok Müalicəvi Konyak) adlı şirkətin sonradan istehsal etdiyi şokoladın adı, daha sonra da şirkətin yeni adı.
Haqqında Stock Cognac Medicinal adlı şirkət 1936-cı ildən şokolad və şirniyyat məhsulları istehsalına başladı. Nestle şirkətindən 1936-cı ildən 1946-cı ilə qədər şokolad fabriki icarəyə götürüldü. 1951-ci ildə şirkət adını dəyişərək "Zvečevo d.d. Požega" adlanmağa başladı. 1960-cı illərdə bütün diqqət kakoa məhsulları, güclü spirtli içkilər və süd tozunun istehsalına yönəldildi. gəlir gətirməyən və dəbdən düşmüş meyvə suları və un istehsalı dayandırıldı. Nestle ilə 1970-ci ildən kooperasiya yaradıldı və 1995-ci ilə qədər davam etdi.How did it all begin? — official website of company
Xarici keçidlər Şirkətin rəsmi veb saytı
İstinadlar