Osmanlı Aviasiya bölükləri () və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi.Edward J. Erickson, Ordered To Die: A History of the Ottoman Army in the First World War, "Appendix D The Ottoman Aviation Inspectorate and Aviation Squadrons", , p. 227. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyunundaHamit Palabiyik, Turkish Public Administration: From Tradition to the Modern Age, USAK Books, 2008, ISBN 978-605-4030-01-9, p. 85. və ya 1911-ci ilin iyulunda başlayır.Story of Turkish Aviation in 'Turkey in the First World War' website "Türk Hava Kuvvetleri 100 Yaşında" in the official website of Turkish Air Force Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir.Ottoman Air Branch – 1914–1918 – The Great War in the official website of the GlobalSecurity.org. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi () olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi.
Tarixi 250px|thumb|left|Mahmud Şövkət Paşa, Osmanlı Aviasiya bölüklərinin yaradılmasının təşəbbüskarı 250px|thumb|right|Mehmet Fesa bəy 250px|thumb|right|Afrikalı türk olan Ahmet Ali Çelikten, dünya tarxində ilk zənci pilot sayılır 250px|thumb|right|Yaşılgöy təyyarə bazası 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər. Osmanlı imperiyasında hərbi aviasiya sahəsindəki ilk addım, iki Osmanlı pilotunun 1909-cu ilin iyununda Parisdə keçiriləcək Beynəlxalq Aviasiya Konfransına göndərməsi ilə atıldı.
Hərbi Naziri Mahmud Şövkət Paşa tərəfindən atılan Osmanlı hərbi hava qüvvələrinin təməlləri 1911-ci ildə Elm Korpusunun Baş Müfəttişliyinin 2-ci Şöbəsi nəzdində Aviasiya Komissiyası adı altında qoyulmuşdur. Osmanlı imperiyasında Aviasiya Komissiyasının Fransadan alınan 25 at gücündə biri və 50 at gücündə biri olmaqla iki təyyarənin alımması ilə hərbi hava qüvvələrinin tarixi başlamışdır. Həmçinin Mahmud Şövkət Paşanın təşəbbüsü ilə hərbi hava qüvvələri üçün xaricdə pilot hazırlamaq üçün proqramı qəbul edilmişdir. 28 iyun 1911-ci ildə yazılı imtahan keçirilmiş və 4 iyulda Süvari Kapitanı Mehmet Fesa (Evrensev) və mühəndis-leytenant Yusuf Kenan xaricə göndərilmək üçün seçildi. Mehmet Fesa Fransaya, Yusuf Kenan isə Almaniyaya göndərildi. Ancaq Alman məktəbi həddindən artıq yüksək təhsil haqqı istəməsi səbəbindən, ikisi də 1911-ci ilin iyul ayında Paris yaxınlığındakı Etampedəki Blerio Məktəbinə qəbul edildilər.Edward J. Erickson, Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913, Westport, CT: Praeger, 2003, , p. 348.
1911-ci ilin sonlarında polkovnik-leytenant Sürəyya İlmenə Texniki və Möhkəmləndirilmiş Quruluşlar Müfəttişliyi (Kıtaât-ı Fenniyye ve Mevâki-i Müstahkeme Müfettişliği) üzvlərindən ibarət Təyyarə Komitəsinin (Tayyare Komisyonu) qurulması həvalə edildi.Edward J. Erickson, Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913, Westport, CT: Praeger, 2003, , pp. 348–349. Təyyarə məktəbi (Tayyare Mektebi) üçün 1912-ci ilin yanvarında İstanbulun qərbindəki Yaşilköydə ilk kampuslar tikildi (bu gün Atatürk Beynəlxalq Hava Limanı).Edward J. Erickson, Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913, Westport, CT: Praeger, 2003, , p. 349.
21 fevral 1912-ci ildə Fesa və Yusuf Kenan uçuş təlimlərini başa vurdular və 780 və 797 nömrəli Fransa aviasiya diplomları ilə geri döndülər. Fesa bəy və Yusuf Kenan bəy 27 aprel 1912-ci ildə İstanbul üzərindən ilk uçuşlarını keçirdilər. Elə həmin il daha səkkiz zabit uçuş hazırlığı üçün Fransaya göndərildi.
Osmanlı imperiyası ilk pilotlarını və təyyarələrini hazırlamağa başladı və 3 iyul 1912-ci il tarixində Yaşılköydəki Təyyarə məktəbinin (Tayyare Mektebi) qurulması ilə imperiya öz uçuş zabitlərini yetişdirməyə başladı. Təyyarə məktəbinin qurulması hərbi aviasiya proqramında irəliləməni sürətləndirdi, bu siyahıda iştirak edənlərin sayını artırdı və yeni pilotlara Osmanlı qüvvələrində aktiv rol verildi.
Elə həmin il Fransadan bir nəfərlik və iki nəfərlik Deperdussin satın alınaraq 1912-ci ilin martında İstanbula gətirildi. Bleriot XI-b-nin iki nəfərlik versiyasından ikisi də alındı, bunlardan birincisi Ali Baş Komandan Rıza Paşaya təqdim edildi. XI-2 adlı fərqli iki yerlik modeldən üçü və tək oturacaqlı yer təlim qurğusu Pingouin də Osmanlı Ordusu tərəfindən istifadə edilirdi.
REP (Robert Eno-Pelteri) Osmanlı imperiyasında istifadə edilən ilk təyyarələrdən biri idi. Bu təyyarə Robert Eno-Pelteri tərəfindən yaradılmış və ilk uçuşu 1912-ci ildə reallaşmışdı. Onlar həmin il Fransada da istifadəyə qəbul edildilər. İstehsalçı ilə Osmanlı Hərbi Nazirliyi arasında əldə olunmuş razılığa əsasən yeddi REP təyyarəsi alındı və birincisinin 15 mart 1912-ci ildə Osmanlı Ordusunun tərkibinə qatılması planlaşdırılmışdı.
1912-ci il aprelin sonlarında ilk dəfə hərbi təyyarə sultan V Mehmed Rəşadın şərəfinə böyük bir hərbi parad keçirildikdə xalqa göstərildi.Edward J. Erickson, Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913, Westport, CT: Praeger, 2003, , p. 352. Alınan yeddi təyyarədən beşi tək oturacaqlı, qalan ikisi isə iki nəfərlik idi. Tək oturacaqlılardan biri yalnız yerdə təlim üçün planlaşdırılırdı. Son təyyarə qatarla İstanbula gətirilərkən serblər tərəfindən müsadirə edildi. Bu təyyarələr 1914-cü ilə qədər istismardan çıxmışdı.
1912-ci ilin sonunda Osmanlı Ordusu, əsasən özəl ianələr hesabına əldə edilən ümumilikdə 15 təyyarəyə sahib idi.
İtaliya-Osmanlı müharibəsi 1911-ci ildə İtaliya digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Şimali Afrikadakı mülklərini Trablis və Kirenaika əyalətlərini (hazırkı Liviya) qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə Osmanlıya qarşı müharibəyə başladı. İtaliya 1911-ci il sentyabrın 29-da Türkiyəyə müharibə elan etdi. İtalyan qoşunları oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin içərilərinə irəliləyə bilməmişdilər.
İtaliya Krallığı Osmanlının Şimali Afrikadakı mülklərinin sahil zolağını aviasiya tarixində ilk dəfə kəşfiyyat və bombardman məqsədilə təyyarələrdən istifadə edərək ələ keçirmişdi. 23 oktyabr 1911-ci ildə İtaliya təyyarəsi Osmanlı müdafiə xətləri üzərində kəşfiyyat uçuşu həyata keçirdi. Ertəsi gün, İtalyan hava gəmiləri, yerdəki hədəfləri bombaladı. Bu tarixdə ilk dəfə təyyarələrin döyüşdə ilk effektiv istifadəsi idi.
Osmanlı qüvvələri 15 dekabr 1911-ci ildə İtalyan təyyarəsinə atəş açdı. 25 avqust 1912-ci ildə havaya qalxdıqdan dərhal sonra leytenant Manzinin təyyarəsi vuruldu. Bu tarixdə döyüş zamanı vurulan ilk təyyarə oldu. Manzini isə həlak oldu. 10 sentyabr 1912-ci ildə kapitan Moisonun təyyarəsi ələ keçirildi. Bu da tarixə ilk ələ keçirilən təyyarə kimi düşdü.
İtaliya Trablis vilayətinə hücum etdiyi zaman, Osmanlı ordusu az sayda yeni təyyarəsini döyüşdə istifadə etməyə hazır deyildi. Osmanlılar Şimali Afrikada çox az sayıda hərbi qüvvə saxlayırdı. Bunlarda əsasən mütəşəkkil yerli ərəb könüllüləri və türk əsgərləri idi. 20 min bədəviThe History of the Italian-Turkish War, William Henry Beehler, page 14 və 8 min osmanlı əsgəri 150 minlik italyan desantınaThe History of the Italian-Turkish War, William Henry Beehler, page 96 qarşı durmuşdu. 1882-ci ildəki Urabi üsyanından sonra Osmanlı imperiyasının Misir və Sudan vilayətlərini de-fakto idarə edən İngiltərə hökuməti, Osmanlı hökumətinin Misir üzərindən Liviyaya əlavə qüvvə göndərməsinə icazə vermədi. Fransadan təyyarə alıb Əlcəzair yolu ilə Liviyaya göndərmək cəhdləri oldu, amma bu istəkdə reallaşmadı.
Balkan müharibələri 250px|thumb|right|Osmanlı pilotları Balkan müharibələri zamanı, 1912–1913-cü illər 250px|thumb|right|İlk Osmanlı aviatorlarından biri Nuri bəy. Osmanlı hərbi təyyarələri ilk dəfə Balkan ölkələri olan Monteneqro, Serbiya, Bolqarıstan və Yunanıstana qarşı Birinci Balkan müharibəsi dövründə döyüşlərdə fəal iştirak etdi. On yeddi Osmanlı təyyarəsi 1912-ci ilin sentyabrından 1913-cü ilin oktyabrına qədər kəşfiyyat üçün istifadə edildi. Osmanlı hərbi aviasiyasının döyüş əməliyyatlarındakı təcrübəsizliyi səbəbindən ilk dövrlər bir neçə təyyarə itirildi. Bununla belə, pilotlar döyüş təcrübəsi qazandıqca döyüş bacarıqlarını artırdılar və bir çox əsgər hava eskadronlarına qoşulmaq üçün müraciət etdi.
Osmanlıların fədakar mübarizəsinə baxmayaraq, Balkan ittifaqı müharibədə qələbə qazandı. Lakin çox keçmədən, Bolqarıstan İkinci Balkan müharibəsinə başlayaraq Yunanıstan və Serbiyaya hücum etdi. Osmanlı imperiyası da Bolqarıstana müharibə elan etdi və bununla da bölgənin əsas şəhəri Ədirnə də daxil olmaqla Şərqi Frakiyada itirilmiş ərazilərin bir qismini geri aldı.
Balkan müharibələrinin sonunda gənc Osmanlı hərbi aviasiyası artıq üç müharibədə iştirak etmiş və bir inqilab görmüşdü.
Balkan müharibələrinin bitməsi ilə modernləşmə prosesi başladı və yeni təyyarələr alındı. Birinci Dünya müharibəsinin başlaması ilə modernləşmə prosesi qəfildən durduruldu.
Birinci Dünya müharibəsi ərəfəsində 250px|thumb|right|Əl Samrada Təbəriyyə gölü yaxınlığında qəzaya uğrayan təyyarəçilərin xatirəsinə ucaldılmış abidə 1913-cü il oktyabrın 29-da kapitan Səlim bəy və kapitan Kamal bəy Mərmərə dənizi üzərindən uçuş həyata keçirdilər. 1913-cü il noyabrın 13-də Qadınların Müdafiə Cəmiyyətinin () üzvü Belkis Şevket xanım, Fəthi bəyin idarə etdiyi təyyarədə Osmanlı təyyarəsində ilk sərnişin olaraq uçdu.
1914-cü il İstanbul-Qahirə ekspedisiyası 250px|thumb|right|1914–1916-cı illərdə Dəniz Aviasiyasının bəzi təyyarələrində istifadə olunan nişan Balkan müharibələrindən sonra Osmanlı imperiyası hökuməti, dövlətin mülklərinə rəsmi ekspedisiyalar təşkil etməyə başladı. İstanbuldan Misirin Qahirə və İsgəndəriyyə şəhərlərinə dörd Hərbi Hava Qüvvələri monoplanının çox mərhələli uçuşu həyata keçirildi. Bu ekspedisiya zamanı təxminən 2500 kilometr (1600 mil) məsafə qət edildi. Təyyarələr İstanbul aviasiya məktəbi Haqios Stefanosdan (hazırkı Yaşılköy) havaya qalxdılar. Təyyarələr hər biri iki aviatorun müşayiəti ilə 8 fevralda yola çıxdılar.
Birinci qrupun təyyarəsi XI Bleriot, fevralın 27-də Dəməşqdən Qüdsə uçarkən Əl Samrada Təbəriyyə gölü yaxınlığında uçuş əsnasında qəzaya uğradı. Pilot leytenant () Fəthi bəy və şturman artilleriya qüvvələri baş leytenant () Sadik bəy həlak oldu.
İkinci qrupa daxil Deperdussin B təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra martın 11-də Aralıq dənizində Jaffa yaxınlığında qəzaya uğradı. Artilleriya qüvvələri kiçik leytenantı () Nuri Bəy öldürüldü, digər pilot İsmayıl Hakki Bəy isə qəzadan sağ xilas oldu.
Şəhid olanların hər üçü Dəməşqdə dəfn edildi. Təbəriyyə gölünün yaxınlığında qəza yerində abidə qoyuldu. İstanbulda daha bir xatirə abidəsi də ucaldıldı.
Birinci Dünya müharibəsi
Struktur və təşkilat 250px|thumb|right|Hallipstadt D. III Gelibolu Kampaniyası zamanı Osmanlı 15. Döyüş Eskadrilyası Osmanlı hava eskadrilyaları Birinci Dünya müharibəsinə Baş Hərbi Komandanlıq İdarəsinin () birbaşa nəzarəti altında başladı. Təyyarələrin qiymətinə görə bu kiçik vahid idi. Bütün müharibə dövründə bu belə də qaldı. Birinci Dünya müharibəsi zamanı digər ordularında olduğu kimi heç vaxt ayrı bir korpusa çevrilmədi. Bunun əvəzinə, təyyarələr ordu və ya korpusların arasında kiçik bölüklər şəklində bölündü. Onlar isə öz növbəsində təyyarələrin taktiki istifadəsinə nəzarət etməklə məşğul idilər. İbtidai logistikaya görə bölüklər çox kiçik idi.
Bu arada 1914-cü ilin iyun ayında Osmanlı Donanması San Stefanoda Hərbi Dənizçilik Aviasiya Məktəbini () qurdu.