alt=Ərik qaxı, E220 ilə işlənilmiş və istifadə vəziyyətinə gətirilmiş.|thumb|Ərik qaxı Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayesində mühüm yer tutan ərzaq növlərindən biridir.

Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir.

Hazırlanması

Günəşdə qurutma üsulu Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır.

Sobada qurutma üsulu Birinci üsul – folqa üzərində ortadan kəsilmiş, iç tərfələri yuxarı olaraq, 60 dərəcədə 1 saat qurutmaq. Sonra sobanın qapısını açaraq əriyin soyumasının gözləmək və sonra daha bir saat eyni qaydada təkrar etmək və beləliklə tam quruyub, suyu artıq çıxmayana qədər 4–5 dəfə təkrarlamaq.

İkinci üsul – kəsilmiş və tumdan təmizlənmiş ərikləri 10 dəqiqə ərzində qaynayan suyun üzərində süzgəcdə saxlamaq. Bu rəngi daha yaxşı saxlamaq üçündür. Sonra dəsmal üzərinə qoyaraq qurutmaq. Tavada folqa üzərinə sərərk sobada 70 dərəcədə 7–9 saat ərzində saxlamaq. Sonra qaxlar soyuyandan sonra onları taxta yeşiyə qoyaraq dərhal yeşiyin qapağını örtmək və tam quruyanadək 2–3 həftə ərzində orada saxlamaq.

Sənayə üsulu Bİrinci mərhələdə yuyularaq meyvələr şırımdan ikiyə bölünür. Avtomatlaşdırılmış qurğular vasitəsi ilə tumlar xaric olunur, bölünmüş paylar yenidən yapışdırılır. Sonra 4-5 dəqiqə ərzində bişirilir, qaynadılır və sonra sıxılır və nəticədə meyvənin ətindəki liflər bir birinə yapışır. Sonra qurutma aparatlarında 70 °C istidə 15-24 saat ərzində qurudulur. Daha sonra nəmliyi normallaşdırmaq üçün altlıqlarda saxlanılır. Qurudulmuş meyvələrin xüsusi maddələrlə işlənilməsi məhz qaysı üçün tələb olunmasa da, bir sıra faktorlardan asılı olaraq qaysı qurusu da E220 (Sulphur Dioxide) konservantı ilə də işlənilir.

Faydaları alt=Özbəkistanın Daşkənd bazarında ərik qurusunun müxtəlif növləri.|thumb|Ərik qurusunun müxtəlif növləri. Daşkənd bazarı, Özbəkistan. Ərik qurusu insan üçün çoxlu faydaları vardır. Ərik qurusu ürək, qanın tərkibinə, bağırsaqların normal fəaliyyətinə, hamilə qadınlar üçün xüsusi faydaları var. Qaysı qurusu qaysı meyvəsindən daha faydalıdır. Qaysı qurusunun faydası tərkibində yüksək miqdarda insana lazım olan mikroelementlərin və vitaminlərin mövcudluğu ilə izah olunur.

Qaysı qurusunun istifadəsinə əks göstərişlər mədə xorası, onikibarmaq bağırsaq xorası, şəkərli diabet və qalxanabənzər vəzinin xəstəlikləridir. Ayrıca qidaya qarşı dözümsüzlük, allergiya olduqda qaysı qurusunun istifadəsindən qaçınılması tövsiyə olunur. +100 qram məhsuldaKaloriya232 kkalZülal5,2 qramYağlar0,3 qramKarbohidratlar51 qramQida lifləri18 qramSu20 qram +Vitaminlər və minerallarA vitamini583 mkqSilisium, Si26 mqBeta-Karotin3,5 mqMagneziyum, Mg105 mqB1 vitamini (Tiamin)0,1 mqNatrium, Na17 mqB2 vitamini (Riboflavin)0,2 mqKükürd, S33,9 mqB4 vitamini (Xolin)13,9 mqFosfor, P146 mqB5 vitamini (Pantoten turşusu)0,516 mqMolibden, Mo12,2 mkqB6 vitamini (Piridoksin)0,143 mqXrom, Cr59 mkqB9 vitamini (Folatlar)10 mkqXlor, Cl3 mqC vitamini (Askorbin turşusu)4 mqYod, İ3,4 mkqE vitamini (Alfa tokoferol)5,5 mqKobalt, Co8,4 mkqH vitamini (Biotin)1 mkqDəmir, Fe3,2 mqK vitamini (Filloxinon)3,1 mkqSelen, Se2,2 mkqPP vitamini (Nikotin turşusu)3,9 mqFlüor, F53,2 mkqNiasin3 mqSink, Zn0,39 mqKalium, K1717 mqManqan, Mn0,235 mqKalsiyum, Ca160 mqMis, Cu343 mkq

İstinadlar

Kateqoriya:Quru meyvələr Kateqoriya:Qırğızıstan mətbəxi