Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Tarixi
Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır.
Memarlıq xüsusiyyətləri
Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir.
Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Xocalı rayonunun abidələri Kateqoriya:Xocalı rayonunun görməli yerləri Kateqoriya:XI əsrə aid kilsələr Kateqoriya:XVII əsrə aid kilsələr Kateqoriya:Qafqaz Albaniyasının memarlığı Kateqoriya:Alban Həvari kilsəsi