World Wide Web Foundation — ümumdünya internetinin inkişafı və əlçatanlığı məsələləri ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı.

Tarixi 200px|thumb|right|Alberto Ibargüen və Tim Berners-Li World Wide Web Foundation yaradılışını elan edirlər Təşkilatın qurulması Tim Berners-Li tərəfindən 14 sentyabr 2008-ci il tarixində Vaşinqton şəhərində elan edildi. 15 noyabr 2009-cu ildə isə təşkilat fəaliyyətinə başladı. Təşkilatın vəzifələri "ümumdünya internetin azadlığı və açıqlığı", "internetin imkanlarının və etibarlılığının genişləndirilməsi" və "planetdə hər bir insanın şəbəkəyə çıxışının təmin edilməsi" elan edilir. Bu məqsədlərə nail olmaq üçün vəqf üç istiqamətdə işləyir ː Veb-elm və tədqiqat Veb-texnologiyalar və təcrübələr Cəmiyyət üçün Ümumdünya şəbəkəsi Berners-Li fondunun təqdimatı zamanı veb saytlardakı informasiya etibarlığını göstərən bir sistemin yaradılmasının zəruriliyini bildirdi ː

Məlumatların dəqiqliyi mənbələr tərəfindən təsdiqlənən kimi saytlarda etibarlılığa dair işarələr qoymaq üçün yeni sistemlərə zərurət yaranır.

Fəaliyyəti Fondun ilk layihəsi Afrikanın kənd təsərrüfatında veb-texnologiyaların təşviqi və aztəminatlı gənclər üçün onlayn kontentin yaradılması üzrə tədris kurslarının dəstəklənməsi oldu. Bu layihənin həyata keçirilməsində fonda Amsterdam Universiteti (Niderland) böyük yardım göstərir.

İkinci layihə Rio-de-Janeyro (Braziliya) şəhərində yerləşən rəqəmsal texnologiyaların mövcudluğu mərkəzi ilə birlikdə təşkil edilir. Səylər gənclərin mobil telefonlar vasitəsilə internet kontentinin yaradılmasına yönəldilmişdir.

2012-ci ildə World Wide Web Foundation dünya ölkələrində internet inkişafının reytinqini təqdim etdi. Bu reytinq internetin ölkənin ictimai həyatında müxtəlif sahələrinə təsir səviyyəsini xarakterizə edir və bir sıra göstəricilər əsasında hesablanır. Siyahının yuxarı mövqelərində İsveç, ABŞ və Böyük Britaniya olub.

Həmçinin bax Ümumdünya Hörümçək Toru Konsorsiumu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İnternet-təşkilatlar Kateqoriya:Beynəlxalq qeyri-hökumət təşkilatları Kateqoriya:Ümumdünya hörümçək toru