thumb|Yunan xaçı.

Xaç — bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildirChristianity: an introduction by Alister E. McGrath 2006 pages 321-323. Şəkillərdən biri və ya hər ikisi də ortasından ikiyə bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər.

Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər.

Qırmızı Xaç

thumb|140px|Qırmızı Xaç hərəkatının simvolu

Ağ fonda qırmızı xaçdır. Müqəddəs Georgi () xaçı kimi də tanınır. Gürcüstan dövlətinin bayrağındakı simvoldur. Gürcüstan adını (Georgia) Müqəddəs Georgidən götürmüşdür. Bu simvol həm də Qırmızı Xaçın simvoludur. Qırmızı Xaç tərəfindən emblem kimi istifadə olunur. Qırmızı Xaç Qızıl Aypara ilə bərabər müharibə və fəlakət qurbanlarına humanitar yardım çatdıran beynəlxalq hərəkatdır. 1864-cü ildə Anri Dünan tərəfindən İsveçrədə təsis edilmişdir. Bu emblem eyni zamanda səhiyyə avadanlıqları və alətlərinin də üstündə istifadə olunur. Xaç işarəsi xristianlıqla eyniləşdirilsə də, Qırmızı Xaç bu gün heç bir dini mənsubiyyətə malik deyildir və din, dil və irq ayrı-seçkiliyi etmədən insanlara köməklik göstərməyə çalışır. Bəzi insanlar Qırmızı Xaç bayrağının İsveçrə bayrağının əks rəngi olduğunu iddia edirlər.

Svastika

thumb|sol|100px|Hindu Swastikası

Svastika və ya Qamalı xaç yazıdan əvvəlki tarixi dövrlərdən qalma simvoldur. Qamalı xaç adı yunan əlifbasının qamma (Γ) hərfinə istinadla verilmişdir. Svastika sözü isə sanskrit dilində su (yaxşı) və asti (olmaq) sözlərinin birləşməsindən yaranmışdır. “Yaxşı, xoşbəxt və sağlam olmaq” deməkdir.

Svastika hinduizm, buddizm və caynizmə görə müqəddəsdir. Daha sonra isə Nasist Almaniyası tərəfindən emblem kimi istifadə edilməyə başlanmışdır.

Əsas xaç fiqurları +ŞəkilAdıİzahat80pxYunan xaçıBərabər uzunluğa malik 2 xətdən ibarət olub IV əsrdən etibarən geniş bir formada istifadə olunan xaç növüdür. 80pxLatın xaçıUzun bir perpendikulyar xəttin içindən keçən yan xəttdən ibarət olan və Yunan xaçı ilə birlikdə ən çox yayılmış xaç formasıdır. İsanın çarmıxa çəkilməsini simvolizə edir.80pxBizans xaçıXaricə doğru genişlənən ucları olan dik Latın xaçı. Əsasən, Bizans imperiyasında son antik dövr və erkən orta əsrlər dövrləri arasında istifadə edilmişdir.80pxPatriarxal xaç (üç çubuqlu çarpaz)Üst tərəfdə iki çarpaz çubuğu olan ikiqat xaç. Üst hissədəki daha qısadır və İsanın çarmıxa çəkildiyi lövhəni simvolizə edir.80pxLotaringiya xaçı (iki çubuqlu xaç)Lotaringiya xaçı bir şaquli və iki üfüqi çubuqdan ibarətdir. İki çubuqlu çarpaz iki qısa üfüqi çubuğun kəsişdiyi şaquli xəttdən ibarətdir.80pxPapalıq xaçıÜst tərəfdə üç çubuğu olan xaç. Çubuqlar qeyri-bərabər uzunluqdadırlar və hər biri aşağıdakından daha qısadır.80pxMüqəddəs ürəkİsanın Müqəddəs Ürəyinin alov, tikanlı tac və Latın xaçı ilə təsviri.80pxSalem xaçıBu xaç, patriarxal xaçına oxşayır, lakin əsas çarpaz çubuğun altında üstdəki çarpaz çubuğun uzunluğuna bərabər olan əlavə bir çarpaz çubuq vardır.80pxMonoqrammatik xaçP hərfinin üstünə bir xətt əlavə edilərək xaç kimi görünməsi təmin edilmişdir.80pxPilləli xaçBir neçə pilləli (adətən üç) və bir əsas üstündə duran xaç.80pxYerusəlim xaçıHər bucağında daha kiçik xaç olan böyük bir xaç. Yerusəlim krallığının simvolu kimi istifadə edilmişdir.80pxÜzüklü xaçYunan xaçının xaricinə bir üzük qoyulur.80pxÇəngəlli xaçXIII əsrin sonu və ya XIV əsrin əvvəllərində Alman Reynlandında populyarlıq qazanmış Y hərfi formasında olan xaç.80pxDəmir xaçPrussiyada hərbi medal və nişan kimi yaranmış Alman hərbi xaçı. Daha sonra Almaniya imperiyasında, Veymar Respublikasında, Nasist Almaniyasında və müharibədən sonrakı Almaniyada müxtəlif hərbi və təhlükəsizlik qüvvələrinin nişanlarında istifadə edilmişdir.

Xaç motivli bayraqlar

Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar. 200px|sağ|thumb|İsveç bayrağı Skandinaviya xaçına görə hazırlanmışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Chevalier, Jean (1997). The Penguin Dictionary of Symbols. Penguin. . Drury, Nevill (1985). Dictionary of Mysticism and the Occult. Harper & Row. . Koch, Rudolf (1955). The Book of Signs. Dover, NY. . Webber, F. R. (1927, rev. 1938). Church Symbolism: An Explanation of the More Important Symbols of the Old and New Testament, the Primitive, the Mediaeval and the Modern Church. Cleveland, OH.

Xarici keçidlər

Seiyaku.com, all Crosses—probably the largest collection on the Internet Cross & Crucifix—Glossary: Forms and Topics Nasrani.net, Indian Cross The Christian Cross of Jesus Christ: Symbols of Christianity, Images, Designs and representations of it as objects of devotion

Kateqoriya:Xristianlıq Kateqoriya:Xristianlıq simvolizmi Kateqoriya:Dini terminologiya Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Petroqliflər