Umm Leysun yazıları () ― əhəng daşından hazırlanmış qəbir lövhəsi üzərində qədim gürcü dilinin Asomtavruli əlifbası ilə yazılmış yazı. O, 1996-cı ildə qazıntılar bərpa edildikdənTchekhanovets, p. 304 sonra 2002-ci ildə Bizans dövrünün gürcü monastırında tapılmışdır. Həmin məkan Qüdsün Qədim şəhər adlanan ərazisindən 4, 5 km cənub-şərqdə olan Umm Leysun yaxınlığında yerləşir.Seligman, p. 145 Yazılar polixromSeligman, p. 146 mozaika döşəmənin altındakı dəfn sərdabəsində tapılmışdır.Seligman, p. 152

Ümumilikdə sərdabədə təxminən 24 qəbir aşkar edilmişdir.Seligman, p. 157 İnsan skeletləri üçün cinsi qiymətləndirmədən sonra qalıqların yetkin kişilərə məxsus olduğu aşkar edildi ki, bu da monastır üçün təbii haldır.Tchekhanovets, p. 306 Üstündə gürcü yazısı olan aşkarlanmış ən vacib məqbərə "gürcü rahibi Yohan"a (qədim gürcü dilində Con) məxsus idi, hansı ki həm də ən qədim olan idi.Seligman, p. 158 Həmin şəxsin yaşı da tapıntıya xüsusi status verir, belə ki onun vəfatı zamanı yaşı 66 yada 67 idi və o, osteoparozdan əziyyət çəkirdi.Khurtsilava, p. 26 Yazı həm müqəddəs torpaqlarda, həm də Gürcüstanda hər hansı arxeoloji artefkat üzərində ႵႠႰႧႥႤႪႨ (kartveli, yəni gürcü) etnoniminin qeyd olunduğu ən erkən nümunədir.Tchekhanovets, p. 305Khurtsilava, p. 27

Yazı məzar daşına həkk olunmuş 81×49 sm sahəni əhatə edir. Yazılar 5-ci əsrin sonu və ya 6-cı əsrin birinci yarısına aid edilir.Seligman, p. 162 Yazılar Knessetin arxeoloji bağında saxlanılır.Seligman, p. 177

Yazılar

Tərcümə: "Bu Yohanın qəbridir, Purtavi rahibi, gürcü."

Həmçinin bax

Bir El Qutt yazıları Nazaret Gürcü yazıları

İstinadlar

Biblioqrafiya

Tchekhanovets, Y. (2014) Iohane, Bishop of Purtavi and Caucasian Albanians in the Holy Land Khurtsilava, B. (2014) A Georgian Monastery of Purta, Istoriani Kateqoriya:Arxeoloji artefaktlar Kateqoriya:Gürcü yazıları Kateqoriya:V əsrdə Bizans imperiyası Kateqoriya:VI əsrdə Bizans imperiyası Kateqoriya:Qüdsdəki antik dövr abidələri Kateqoriya:Türbələr