Qorki parkı ― Rusiyanın Taqanroq şəhərində bələdiyyəyə aid mədəniyyət və istirahət parkı.

Tarixi 30 iyun 1806-cı ildə Taqanroq valisi baron Baltazar von Kampenqauzenmim əmri ilə Taqanroqun "Kimya bağı" və "botanika bağı" üçün ilk ağaclar əkildi. 1825-ci ildə Rusiya imperatoru I Aleksandr və imperatriça Elizabet Alesseyevna şəhərdə olduqları müddətdə tez-tez bağda gəzintiyə çıxdılar. Gənclik illərində və Taqanroq ziyarətlərində tez-tez bağa baş çəkən Anton Çexov bacısı Mariya Çexova yazdığı məktubların birində yazırdı: "Bağda idim. Musiqi səslənirdi. Bağ möhtəşəmdir". 1895-ci ildə Avropa standartlarına uyğun planlaşdırımış yeni bağın layihəsi təsdiq edildi. 1903-cü ildə parkın əsas girişinin qarşısında I Pyotrun abidəsi qoyuldu.

1924-cü ildə I Pyotr abidəsi sökülərək götürüldü.Чеховские места в Таганроге. Путеводитель. Таганрог, 2004 1932-ci ildə bağ mədəniyyət və istirahət parkına çevrildi və 1934-cü ildə Maksim Qorkinin şərəfinə Qorki parkı adlandırıldı. 1941-1943-cü illərdə Taqanroqun işğalı zamanı park qismən məhv edildi və nasist Almaniyasının işğal qüvvələri tərəfindən qəbiristanlıq olaraq istifadə edildi.

1963-cü ildə Taqanroqdakı Qorki Parkı “Sovet İttifaqının ən yaxşı mədəniyyət və istirahət parkı” adına layiq görülmüşdür. 2006-cı ildə Qorki parkı iki yüz illik yubileyini qeyd etdi. 2008-ci ildə Qorki parkının girişində Anton Çexovun "Kaştanka" povestinə həsr olunmuş "Misir piramidası" heykəltəraşlıq kompozisiyası qoyulmuşdur.

Qalereya

İstinadlar

Mənbə

Taganrog Encyclopedia (Энциклопедия Таганрога), 2nd edition, Taganrog, 2003 История города Таганрога, П.П.Филевский, Москва, 1898

Kateqoriya:Rusiya parkları Kateqoriya:Taqanroq Kateqoriya:Taqanroqun görməli yerləri