"Belaruskali" (, ) ― Belarusun ən böyük dövlət şirkətlərindən biri. Dünyanın ən böyük kaliumlu duz gübrəsi istehsalçılarından biri olan şirkət 2019-cu ildə qlobal tədarükün 20% -ni təşkil edirdi.Мировые производители калия могут выиграть от снижения экспорта из Беларуси [World potash producers may benefit from decreasing exports from Belarus] — Fitch Ratings, 26 August 2020About company — Official website of Belaruskali
"Belaruskali", Belarusun ən böyük vahid vergi ödəyicisidirКалий, нефть, "табачка", алкоголь. Какие отрасли реально "кормят" бюджет [Potash, oil, tobacco, alcohol. Which sectors really "feed" the state budget] — Tut.by, 28 may 2020 və Belarus hökumətinin xarici valyuta mənbəyidir. 2015-ci il tarixinə görə, Minsk vilayətinin vergi gəlirlərinin 11% -nı təşkil etmişdir.ОАО "Беларуськалий" — лидер по налогам в Минской области [JSC Belaruskali is the tax leader of Minsk Region] — Lider-press, 25 March 2016
"Belaruskali" şirkətinin istehsalının böyük bir hissəsi Çinə ixrac olunur.
Tarixi Şirkət 1958-ci ildə qurulmuşdur və dörd istehsal bölməsindən ibarətdir, həmçinin buraya köməkçi mağazalar və xidmət şöbələri də daxildir. The Belarusian Potash Company şirkəti "Belaruskali"nin istehsal etdiyi kaliumlu duz gübrələrinin əsas distribütorudur.О предприятии [About the company] — Belaruskali official website (in Russian)
İşçi hüquqları problemləri və siyasi repressiyalar 2020-ci ildə "Belaruskali"nin dörd min işçisi kütləvi dinc ümummilli etiraz aksiyaları çərçivəsində tətil elan etdi, etirazlar mübahisə doğuran prezident seçkilərindən sonra başladı və etirazçılar Aleksandr Lukaşenkonun istefasını və yeni demokratik seçkilərin keçirilməsini tələb edirdilər.Шахтеры "Беларуськалия" обсудили забастовку на площади [Belaruskali miners discussed the strike at a town square] — Tut.by, 19 August 2020 Tətil çərçivəsində şaxtaçıların yerin altında özlərini qandalladığı hallar olmuşdur.https://interfax.com/newsroom/top-stories/69832/ Belarusian miner cuffs himself to express protest — Interfax, 10 September 2020
Mövcud məlumatlara görə, "Belaruskali" rəhbərliyi tətilçiləri təhdid edib, onlara qarşı psixoloji təzyiq göstərirdi."Угрожают увольнениями, но мы не сдадимся". Бастующие на "Беларуськалии" прекратили добычу руды ["Bizi işdən çıxaracaqları ilə hədələyirlər, amma təslim olmayacağıq". Belaruskali tətilçiləri filiz mədənində işləri dayandırdilar — Tut.by, 18 avqust 2020 "Belaruskali" tətildə iştirak etməyən işçilərə əlavə mükafat verirdi.How the Strike at Belaruskali Changed the Situation at the Enterprise — Charter'97, 28 December 2020
Belarus səlahiyyətliləri tətil edən "Belaruskali" işçilərdən bəzilərini tutaraq 15 günlük həbs cəzası vermişdir.More Than 20 Detained At Belarusian Potash Mine For Backing Worker's Political Demands — Radio Free Europe, 21 September 2020Belarus: Govt. imposes prison sentences on striking workers at Belaruskali mining conglomerate — Business and Human Rights Resource Centre, 21 September 2020 "Belaruskali" işçi birliyinin dörd aktivisti Siarhei Çarkasau, Pavel Puçenia, Yuri Kojun və Anatol Bokun tətil başladıqdan sonra həbs olundu. 49 "Belaruskali" işçi tətildə iştirak etdikləri üçün işdən qovuldu, bir neçəsi ölkədən qaçmalı oldu.Belarusian labour activists pressured as political crisis drags on — openDemocracy, 26 August 2020"Беларуськалий" уволил почти 50 сотрудников за участие в стачках [Belaruskali fired almost 50 employees for participating in strikes] — Deutsche Welle, 20 November 2020
Daha sonra həbs olunan fəallar beynəlxalq həmrəylik kampaniyasının ardından sərbəst buraxıldı,International solidarity leads to release of jailed union leaders in Belarus — IndustriALL Global Union, 3 November 2020 işdən qovulan işçilər "Belaruskali" məhsullarının ən böyük ticarətçisi olan "Yara İnternational"ın işçi hüquqlarının pozulması ilə bağlı sorğularının ardından vəzifələrinə qaytarıldı.Belaruskali to reinstate fired workers after pressure from Yara — Reuters, 21 January 2021The Largest Importer of Potash Fertilizers Presented an Ultimatum to Belaruskali — Charter'97, 18 November 2020
Xarici keçidlər Rəsmi veb-saytları
İstinadlar
Kateqoriya:Belarus şirkətləri