Zaqreb məscidi (xorv. Zagrebačka džamija) — Zaqreb şəhərində yerləşən Xorvatiyanın ən iri məscidi.

Haqqqında Məscidin tikintisinə 1981-ci ildə başlanılmışdır. Məscidin tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən Şarja əmiri Sultan bin Məhəmməd Əɬ-Qasimi 2,5 milyon ABŞ dolları ianə etmişdir. O, 1983-cü ildə Zaqrebdə İslam icmasını ziyarət etmişdir.Islamska zajednica u Hrvatskoj 1987-ci ildə Zaqreb məscidinin tikintisi başa çatmışdır.

Zaqreb məscidi Xorvatiyada ən iri məsciddir. Məscidin yaxınlığında Əhməd Smayloviç adına İslam Ali məktəbi və İslam mədəni mərkəzi yerləşir. Məscidin layihəsi bosniyalı memarlar - Camal Seliç və Mirzə Qolosun tərəfindən hazırlanıb. Minarəsinin hündürlüyü 51 metrdir.

İstinadlar

Kateqoriya:Xorvatiya məscidləri Kateqoriya:Sünni məscidləri