Xəyyam Musa oğlu Abdullazadə () — Azərbaycan kinorejissoru, ssenarist və şair.

Həyatı Xəyyam Abdullazadə 22 fevral 1979-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. ANS, SPACE, LİDER, AZTV, İTV televiziya kanallarında çalışaraq bir sıra yadda qalan layihələrin müəllifi və rejissoru olub. "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb. Çəkdiyi "Koramal" filmi Latviya, Serbiya, Ukrayna, İran və Azərbaycanda, "Nəfəs" filmi Ukraynada, "İşıq gələn tərəf" filmi İspaniyada beynəlxalq film festivallarının mükafatlarına layiq görülüb. "Ağ qan" filmi ilə Gent Beynəlxalq Film Festivalı (Belçika), Dubay Beynəlxalq festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Gulf Beynəlxalq Film Festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Tirana Beynəlxalq Film Festivalı (Albaniya), Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan), Batumi Beynəlxalq Film Festivalı (Gürcüstan), Kinofest Beynəlxalq Film Festivalı (Rumıniya), Kipr Beynəlxalq Film Festivalında; "İşıq gələn tərəf" filmi ilə Clermont-Ferrand Beynəlxalq Film Festivalı (Fransa), Friburq Beynəlxalq Film Festivalı (İsveçrə), Skepto Beynəlxalq Film Festivalında (İtaliya) iştirak etmişdir.

Xəyyam Abdullazadə "Exa prodakşn" MMC-nin direktoru vəzifəsini icra edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 3 fəlsəfi şeir kitabının müəllifidir.

Mükafatları 2008 — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı (kinematoqrafiya sahəsində fərqləndiyinə görə) 2009 — 2Annas Beynəlxalq Film Festivalının (Latviya) "Special Mention" mükafatı ("Koramal" filminə görə) 2009 — VIII Dokufest Beynəlxalq Film Festivalının (Serbiya) "Special Mention" mükafatı ("Koramal" filminə görə) 2009 — VII Start Beynəlxalq Film Festivalının (Azərbaycan) "Special Mention" mükafatı ("Koramal" filminə görə) 2009 — III Steps Beynəlxalq Film Festivalında (Ukrayna) "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi ("Nəfəs" filminə görə) 2009 — III Steps Beynəlxalq Film Festivalında (Ukrayna) "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi ("Koramal" filminə görə) 2010 — IV Rəhmət Beynəlxalq Film Festivalında (İran) "Ən yaxşı film" nominasiyasının qalibi ("Koramal" filminə görə) 2014 — "Humay" milli mükafatı ("Məryəm" filminə görə) 2016 — IV Soria Beynəlxalq Film Festivalında (İspaniya) "Ən yaxşı ssenari" nominasiyasının qalibi ("İşıq gələn tərəf" filminə görə) 2016 — XIII Signs of the Night Beynəlxalq Film Festivalının (Fransa) münsiflər heyətinin xüsusi mükafatı ("İşıq gələn tərəf" filminə görə)

Filmoqrafiya Nəfəs (film, 2007) Koramal (film, 2009) Qara qutu (film, 2009) Ağ qan (film, 2012) Məryəm (film, 2013) İşıq gələn tərəf (film, 2015) Qırx arşın quyunun dibi (film, 2016) Solğun çiçəklər (serial, 2019) Anamın kitabı (serial, 2020) Xosrov və Şirin (serial, 2021) Şeyx Sənan (serial, 2023) Coğrafiya müəllimi (film, 2023) Buzlar əriyəndə (film, 2025)

Kitabları Şüurüstü. Bakı: Şərq-Qərb, 2010 Rənglərin fəlsəfəsi. Bakı: Şərq-Qərb, 2015 Daş. Bakı: Şərq-Qərb, 2019

İstinadlar

Xarici keçidlər Хайям Абдуллаев — КиноПоиск Мы верим, что фильм "Марьям" добьется успеха на международных фестивалях — режиссер Хаййам Абдуллаев

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan telerejissorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları