Georgi Akropolit (, ; ) — Bizans tarixşünası. XIII əsrin ən önəmli Bizans tarixçilərindən biri olan Akropolitin əsərləri Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir.

Həyatı Georgi Akropolit 1217-ci ildə, Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində, bir zadəgan ailəsində anadan olmuşdur. O, 16 yaşında ikən təhsilini davam etdirmək üçün atası tərəfindən imperator III Duka İoann Vatasın sarayına göndərilmişdir. Nikeyada o, şagirdlərinə hesab, müstəvi və sferik cisimlərin həndəsəsi, optika, astronomiya, məntiq, sillogistika və tibb fənlərini öyrədən məşhur filosof Nikifor Blemmidin müəllimliyi altında təhsil almışdır. Akropolit təxminən 1239-cu ildə III Duka İoann Vatasın saray həkimi olmuş, bir neçə il sonra dostu və Nikeya taxtının varisi II Feodor Laskarisin müəllimi təyin edilmişdir. Feodor 1254-cü ildə taxta çıxmış və Akropoliti özünə məsləhətçi təyin etmişdir. O, 1257-ci ildə baş komandan təyin edilmiş, daha sonra diplomatik arenaya daxil olmuşdur. Akropolit 1282-ci ildə Trabzon imperiyasına səfir təyin edilmiş, lakin elə həmin il orada vəfat etmişdir.

Əsas əsəri olan "Tarix" Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir.

İstinadlar

Mənbə

Xarici keçidlər Opera Omnia

Kateqoriya:Bizans tarixçiləri Kateqoriya:XIII əsr tarixçiləri Kateqoriya:XIII əsr yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri