Edward Higgins "Ed" White II () — Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı.

1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır.

White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü. Gemini layihəsindəki uçuşa görə NASA-nın Fərqli Xidmət Medalı və ölümündən sonra Konqresin Şərəf Medalı ilə təltif edilmişdir.

thumb|Astronavt Edward White, Gemini 4 layihəsi çərçivəsində kosmosda gəzmiş ilk amerikalı astronavt olmuşdur.

İstinadlar