Emin Səlhab oğlu Məmmədov ()— “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2020)

Həyatı

Məmmədov Emin Səlhab oğlu Bakı şəhərində anadan olmuşdur.

Ailəsi

Atası Səlhab Məmmədov məşhur heykəltaraş, Azərbaycanın xalq rəssamı və professordur. O, Berlində “Xocalı” abidəsi və Romada “Nizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Qardaşı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdur.

Fəaliyyəti Əmək fəaliyyəti Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olmuşdur. 18 mart 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.

Təltifləri 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2020-ci il 12 dekabrda Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Üzv olduğu təşkilatlar 4 mart 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

İstinadlar