Dəftərdar Əhməd Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə yeniçəri katibi, ardından Misir dəftərdarı, miraxur və yeniçəri ağası oldu. 1615-ci ilin fevralında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. 1617-ci ilin dekabrında vəzifədən alındı və bir müddət sonra nişançı vəzir olaraq divana daxil oldu. 1621-ci ilin noyabrında İstanbulun mühafizəsi ilə vəzifələndirildi ancaq 5 ay sonra çarəsiz qalıb qaçıb gizləndi. Sonrakı həyatı ilə bağlı məlumat yoxdur. 1623-cü ildə vəfat etmişdir.

Mənbə Sicill-i Osmani I, səh. 231

Kateqoriya:Misir bəylərbəyləri