thumb|284x284px|Daimi dişlər. İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan.https://faculty.washington.edu/chudler/tooth.html#:~:text=The%20Tooth,the%20tooth%20called%20the%20dentin .Анатомия человека. В 2 томах. Михайлов Сергей Сергеевич, Чукбар Александр Владимирович ГЭОТАР-Медиа 2011 ISBN 978-5-9704-1355-5, 978-5-9704-1357-9

İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir.Справочник по стоматологии. А. И. Рыбакова. Москва. "Медицина" 1993. ISBN 5-225-02618-4Human Physiology Schmidt, R. F., Thews, G. (Eds.) Springer. December 1, 1982 ISBN 978-3-642-96714-6 Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir.

Anatomiya Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir. Dişlərin anatomiyası stomatologiyada müxtəlif istiqamətlərdən olan mütəxəssislərin müalicə strategiyasının seçiminə xidmət edir.

Dişlər ağız boşluğunda çənələrin alveolyar çıxıntılarında yerləşir və möhkəm struktura malikdirlər, qidanın ilkin mexaniki emalında və həmçinin danışığın formalaşmasında iştirak edirlər. Dişlərin forması diş qruplarının icra etdiyi funksiyadan asılı olaraq dəyişir. Dişlər embrionun selikli gişasının törəməsidir. Dişlər onları çənədə saxlayan, qidalandıran, qoruyan müxtəlif toxumaların əhatəsindədir. Hər bir diş tac, boyun və kök hissələrindən ibarətdir. Dişlərin növündən asılı olaraq bir və ya bir neçə kökü olur. Köklər ayrı ayrı olur, bəzən də bitişik olur. Hər bir dişin yerini həm də növünü asan təyin etmək üçün müxtəlif cədvəllər, formulalar mövcuddur. Bunlardan əsas üçü: Beynalxalq stomatoloji federasiyanın FDİ nömrələməsi, universal nömrələmə sistemi və Palmer nömrələməsidir.Ash, Major M.; Nelson, Stanley J. (2003). Wheeler's Dental Anatomy, Physiology, and Occlusion (8th ed.). ISBN 978-0-7216-9382-8.

Süd dişləri Süd dişləri 10 yuxarı çənədə və 10 aşağı çənədə olmaqla 20 dənədir. Süd dişləri üçün diş formulası bu cür göstərilir: 2.1.0.22.1.0.2.

Süd dişlərində cəmi iki qrup kəsicilər var, bunlar orta və yan kəsicilər və iki qrup azı dişlər, bunlar birinci və ikinci azı dişlərdir. Əsasən bütün süd dişləri daimi dişlər ilə əvəz olunur.

Daimi dişlər Daimi dişlər 32 (28) olmaqala 16 yuxarı çənədə (maksillada) 16 isə aşağı çənədə yerləşir. Daimi dişlər üçün diş formulası bu cür göstərilir: 2.1.2.32.1.2.3.

Daimi dişlər hər çənədə cüt: orta və yan kəsicilərdən, köpək dişindən, iki kiçik azı dişindən və üç azı dişindən ibarətdir (bəzən iki azı dişi). Üçüncü azı dişlər el arasında "ağıl dişi" adlandırılır (ifadənin özü ingilis dilindən götürülüb ), bu da ki həmin dişlərin daha böyük yaşlarda çıxması ilə izah olunur. Üçüncü azı dişlər çıxma prosesində çox vaxt özünəməxsus problemlər yaradır və müxtəlif patologiyalara səbəb olur. Üçüncü azı dişlər ("ağıl dişi") bəzi antropoloqların, ekspertlərin fikrinə görə hətta atavizm və ya rudiment sayılır.https://cpwdentistry.com/what-are-wisdom-teeth-2/#:~:text=Anthropologists%20believe%20wisdom%20teeth%20were,provide%20a%20much%2Dneeded%20replacement . Digərləri isə paramolarları atavizm sayır. Dişlərin normadan sayı çox olması hiperdontiya adlanır, normadan sayın az olması hipodontiya adlanır.

Kişilərin və qadınların dişlərində az da olsa fərq var. Kişilərin dişləri çənə ilə birlikdə qadınlara nisbətən daha böyükdür. Bu fərq həm də dişin tərkibində də var, kişilərin dişlərində daha çox dentin, qadınların dişlərində isə daha çox mina qatı var.Sorenti, Mark; Martinón‐Torres, María; Martín‐Francés, Laura; Perea‐Pérez, Bernardo (2019). "Sexual dimorphism of dental tissues in modern human mandibular molars". American Journal of Physical Anthropology. 169 (2): 332–340. doi:10.1002/ajpa.23822. ISSN 1096–8644 . PMID 30866041.

Dişin hissələri

Mina Mina insan bədənindəki ən sərt maddədir. Oral ektodermadan törənir. Dişin formalaşmasında iştirak edən əsas dörd strukturundan biridir.Ross, Michael H.; Kaye, Gordon I.; Pawlina, Wojciech (2002). Histology: a Text and Atlas (4th ed.). Baltimore: Lippincott Williams & Wilkins. p.453 ISBN 978–0683302424. Mina 96% minerallardan, qalan 4% faizi isə su və organik maddələrdən ibarətdir.Cate, A. R. Ten (1998). Oral Histology: development, structure, and function (5th ed.). Mosby. p.223 ISBN 978–0815129523. Minanın rəngi normada açıq sarı rəngdən bozumtul ağ rəng arasında dəyişir. Dentinə uzaq olan hissələr daha çox maviyə çalan rəng alır, dentinə yaxın olan mina, dentinin vəziyyətinə orada baş verən proseslərdən asılı olaraq rəng deyişiminə məruz qala bilir. Minanın qalınlığı da tacın müxtəlif hissələrində müxtəlifdir və ən qalın tuberkul hissələrindədir və haradasa 2,5 mm təşkil edir, ən incə isə cementoenamel junction (CEJ) deyilən, minasement sərhədindədir.Oxford Klinik Diş Hekimliği El Kitabı Çeviri:Gencay, Tuna İnce Sayfa:445 ISBN 9786059528344 Minanın vaxt getdikcə sürtünməsi prosesi baş verir ki, buna da attrition deyilir, ildə təxminən 8 mkm təşkil edir.

Minanın ilkin mineralı kalsiyum fosfat kristalından ibarət olan hidroksiapatitdir.Johnson, Clarke (1998). "Biology of the Human Dentition Archived 2015–10–30 at the Wayback Machine". uic.edu. Minanın möhkəmliyi onun tərkibində olan çoxlu minerallar ilə izah olunur, amma öz növbəsində bu minanın kövrəkliyini də izah edir. Amma minaya nisbətən daha az kövrək olan dentin minaya dəstək olaraq bu çatışmazlığı aradan qaldırır. Sümük və dentindən fərqli olaraq, minada kollaqen yoxdur. Minanın inkişaf etməsində önəmli olan zülallar bunlardır: ameloblastin, amelogenin, enamelin, tuftelin. Nadir hallarda mina heç əmələ gəlməyə bilər və diş yalnız dentinlə örtülü olaraq çıxır."Severe Plane-Form Enamel Hypoplasia in a Dentition from Roman Britain". ResearchGate. Retrieved 2019–01–09.

Dentin Dentin mina ilə və ya sement ilə pulpa arasında olan maddədir. Dentin mənşəyi mezenximal bağ toxumasından olan odontoblast hüceyrələri tərəfindən əmələ gələn dişin sərt toxumasıdır.Advanced Operative Dentistry: A Practical Approach by David Ricketts, David W Bartlett 2013, Churchill Livingstone ISBN 9780702055386Esthetic Dentistry: A Clinical Approach to Techniques and Materials Kenneth W Aschheim 2014, Mosby eBook ISBN 9780323091763Restorative Dentistry by A Damien Walmsley, Msc, PhD, Trevor F Walsh, Dds, Msc, F J Trevor Burke, Dds, Msc, MD 2007, Churchill Livingstone ISBN 9780443102462Restorative Dentistry: An Integrated Approach P H Jacobsen 2008, Wiley-Blackwell ISBN 9781405167994Restorative Dentistry by Italian Ac 2011, Mosby ISBN 9780323075886Esthetic and Restorative Dentistry: Material Selection and Technique by Douglas A Terry 2013, Quintessence Publishing (IL) ISBN 9780867155730Contemporary Esthetic Dentistry by George A. Freedman 2011, Mosby ISBN 9780323068956 Diş tacının bir hissəsini içərisində pulpa boşluğu olan dentin təşkil edir. Dentinin əmələ gəlməsi dentinigenez adlanır. Dentinin 70%(75%) qeyri organikdir, 20% organikdir, qalan 10%(5%) sudan ibarətdir, dentinin sıxılmaya dayanıqlığı 260 MPa-dır. Minadan daha yumuşaq və keçirici olması onun kariyesə daha az dözümlü olmasını izah edir. Minadan daha tez parçalanması, minası dağılmış diş müalicə olunmasa, qısa müddətdə geniş çürüntü boşluğu əmələ gəlməsinə gətirib çıxarır.

Dentin – kollafen zülal matrisası ilə bərabər olan mineralizə birləşdirici toxumadır. Dentin 1) dentin kanalları 2) dentin toxumasını əmələ gətirən odontoblast hüceyrələri 3) həmin hüceyrələrin uzantıları olan Tomas lifləri 4) və intertubulyar dentindən ibarətdir. Dentin kanalları S-vari uzanaraq mina-dentin sərhədinəcən uzanırlar. Gənclərdə kanal haradasa 3,3 μm (mikron), yaşlılarda 1,2 μm (mikrondur).

Dentin növləri: primer dentin, sekonder dentin, predentin, reaktiv dentin (təmir dentini) və ayrıca sklerotik (transparant) dentin. Primer diş çıxarkən, sekonder dentin diş çıxandan sonra uzun müddət ərzində formalaşır, predentin pulpanın tam üzərindədir və birinci iki növ dentinin dirənci üçün çox önəmlidir, reaktiv dentin pulpaya qıcıqların get-gedə yaxın olması ilə əmələ gəlir, sklerotik dentin yaşlandıqca dentin kanalların minerallaşması nəticəsində əmələ gələn bir fizioloji sklerotik dentindir.Zilberman, U.; Smith, P. (2001). "Sex- and Age-related Differences in Primary and Secondary Dentin Formation". Advances in Dental Research. 15: 42–45. CiteSeerX 10.1.1.535.5123. doi:10.1177/08959374010150011101. PMID 12640738. S2CID 4798656."Tertiary Dentine Frequencies in Extant Great Apes and Fossil Hominins". ResearchGate. Retrieved 2019–03–28.

Sement Dişin sərt toxumaları arasında həm fiziki həm də kimyavi xüsusiyətlərə görə sümüyə ən yaxın olan, bənzər olan – sementdir. Əsas fərq sümükdəki kimi damarların olmamasıdır. 65% qeyri orqanik, 23% orqanik(əsasən kollagen), 12% sudan ibarətdir. Sement hüceyrələri sementoblastlar, sementositler, periodontal ligament fibroblastları və sementoklastlardır (odontoklastlar). Sement taca yaxın hissədə 16–60 μm (mikron), apikal hissə və furkasiyada (köklərin birləşdiyi hissə) 150–200 μm (mikron) qalınlığındadır.

Pulpa Ektomezenximal hüceyrələrdən əmələ gələn pulpa, bir bağ toxumasıdır. Yenicə əmələ gəlmiş pulpanın 90% su olmaqla bərabər tərkibinə aşağıdakı strukturlar daxildir:

Arteriol və venullalar Sinir fibrilləri Bağ toxuması fibrilləri Limfa damarları Hüceyrə arası su Odontoblastlar Fibroblastlar İmun sistemi hüceyrələri Hüceyrəsəl komponentlər.GROSSMAN'S ENDODONTIC PRACTICE, 13/E Paperback January 1, 2014 ISBN-10 97881847391763D Imaging in Endodontics: A New Era in Diagnosis and Treatment 1st ed. 2016 Edition ISBN 978-3319314648

Pulpa-dentin arasında odontoblasstlar mövcuddur və dentinin inkişafına, dəstəyinə xidmət edirlər.

Pulpanı adətən dişin "siniri" adlandırılar.

Dişin inkişafı thumb|234x234px|Sağ aşağı azı dişlərin müxtəlif inkişaf mərhələlərindəki rentgenoqramması