Fəaliyyəti Laçın Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 387 №li 17.10.1990-cı il tarixli əmrinə əsasən yaradılmışdır və qalereyanın 7 işçisi var. Laçın Dövlət Rəsm Qalereyası Bakı şəhəri, Nərmanov rayon Bakı şəhər 2 saylı Peşə məktəbinin binasında 50 km sahəsi olan bir otaqda fəaliyyət göstərir. Qalereyanın nəzdində 13 nəfərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərməkdədir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda 101 ədəd əsər var. Bunlardan 10 ədədi tətbiqi-incəsənət əsərləridir, 14 ədədi kətan üzərində yağlı boya ilə işlənmiş əsərlərdir və digərləri müxtəlif texnikalarla işlənmiş əsərlərdi. Bundan başqa, qalereyanın fondunda 4 ədəd stend və "Uşaq aləmi" adlı bölmədə isə istedadlı uşaqların kağız üzərində rəngli karandaşlarla və flamasterlə çəkilmiş şəkilləri yer alır.

Qalereyanın əsas fəaliyyət istiqamətləri

Qalerayanın tarixi Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb.

Sərgilər Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

Həmçinin bax Laçın rayonu Laçın abidələrinin siyahısı Laçın Laçın Tarix-Diyarşünaslıq Muzeyi

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Laçın rayonu Kateqoriya:Azərbaycan rəsm qalereyaları