1080i — yüksək dəqiqlikli video rejimi. Bu qeyddəki 1080 rəqəmi hər bir şaquli xəttdəki piksellərin sayını, i hərfi isə bir-birinə qarışmış skanı ifadə edir. "Interlaced scanning" mütərəqqi skanlamanın əksidir. 1080i yüksək dəqiqlikli TV (High definition mode) video rejimlərindən biridir. Bu rejim ümumiyyətlə geniş ekranlı 16:9 ekran ölçülü televizorlarda istifadə olunur.
Hər bir üfüqi xəttdəki piksellərin sayı 1920, şaquli xəttdəki piksellərin sayı isə 1080-dir. Təxminən 2,1 milyon piksel var. 720p yüksək dəqiqlikli video rejimi ilə müqayisədə 1080i rejimi 720p-dən daha təfərrüatlı bir ekran təqdim edir.
Klassik video rejimləri üzərində üstünlüklər (məsələn, CCIR B sistemi) Yüksək video görüntü imkanı 16:9 geniş ekran xüsusiyyəti. Bu video rejimini yüksək keyfiyyətdə izləmək üçün ekran ölçüsü böyük olmalıdır. Çox kanallı audio sistemini dəstəkləyir.
Həmçinin bax 720p 1080p PAL Milli Televiziya Standartları Komitəsi (ABŞ)
Xarici keçidlər
Kateqoriya:Televiziya terminləri Kateqoriya:Televiziya yayım standartları