Nəriman Ridvanoviç Əliyev (; ) — krım-tatar əsilli Ukrayna kinorejissoru və ssenari müəllifi. 2019-cu ildə ən yaxşı rejissor, ən yaxşı film nominasiyaları üzrə Ukraynanın mükafatına layiq görülmüşdür.

Ukraynanın əməkdar incəsənət xadimi (2020).

Həyatı Nəriman Əliyev 1992-ci ildə Krım Muxtar Respublikasının Krasnoqvardeysk rayonunun Petrovka kəndində anadan olmuşdur. 2009-cu ildə I–III səviyyələri üzrə 1 №-li Petrovsk tam orta məktəbini bitirmişdir. 2013-cü ildə "Ekran İncəsənəti İnstitutu" Özəl Ali Məktəbinin Televiziya və kino rejissorluğu ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 2014-cü ildə Karpenko-Kariy adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin televiziya rejissorluğu üzrə mütəxəssis diplomu əldə etmişdir. 2016-cı ildə "Sənsiz" qısametrajlı filmi Berlin Beynəlxalq Film Festivalının Büllur ayı nominasiyasında namizəd göstərilmişdi.

2017-ci ildən üzvüdür.

2019-cu ildən Avropa kinoakademiyasının üzvüdür.

2019-cu ildən Ukrayna Oskar Komitəsi İctimai Şurasının üzvüdür.

Nəriman Əliyevin ilk tammetrajlı "Evə" filmi (2019) 72-ci Beynəlxalq Kann Kinofestivalının "Xüsusi baxış" proqramına daxil edilmişdi.

2020-ci ildən etibarən "Triumf" adlı yeni filminin üzərində hazırlıqlara başlamışdır.

Filmoqrafiya 2013 — "Gün çıxanda qayıtmaq" (krım. Tan Atqanda Qaytmaq) — rejissor, ssenari müəllifi, operator, montaj, prodüser 2013 — "Dima" — operator, montaj 2014 — "Səni sevirəm" (krım. Seni Sevem) — rejissor, ssenari müəllifi, operator, montaj, prodüser 2014 — "Qara" — montaj 2014 — "Oğul" — operator 2016 — "Sənsiz" (krım. Sensiz) — rejissor, ssenari müəllifi, operator, montaj, prodüser 2019 — "Evə" — rejissor, ssenari müəllifi

Maraqlı faktlar Rejissor qısametrajlı filmlərində yalnız qeyri-peşəkar aktyorlarla işləmişdir. Onların böyük qismi rejissorun qohumlarıdır. Rejissorun valideynləri olan Ridvan Əliyev və Güljiyan Əliyeva onun bütün qısametrajlı filmlərinin prodüserləridir. Rejissorun üç qısametrajlı filmi "Gün çıxanda qayıtmaq", "Səni sevirəm" və "Sənsiz" "Krım tarixçələri" trilogiyasının hissəsidir. "Sənsiz" filmi 2010-cu ildə rejissorun avtoqəzada həlak olmuş qardaşı Yerfan Səlimova həsr edilmişdir. Jan-Lük Qodar və Vudi Allen kimi rejissorları bəyənir.

İstinadlar

Kateqoriya:Ukrayna kinorejissorları