San Dieqo () — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993California Department of Finance. Population Estimates for Cities, Counties and the State with Annual Percent Change — January 1, 2008 and 2009 , may 2009 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır.Clemence, Sara. Richest Cities In The U. S. , Forbes, 28 oktyabr 2005. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır.
Tarixi thumb|300px|San-Dieqo gecə vaxtı|left Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur. O 1542-ci ildə İspaniya bayrağı altında üzən gəmisi San Salvador ilə bu əraziyə yetişmişdir. Xuan Rodrigez bu əraziləri İspaniya Krallığının ərazisi kimi elan etmiş və buranı San Migel adlandırmışdır. 1602-ci ildə bu ərazilərin xəritəsini qurmaq üçün göndərilən ekspedisiyanın tərkibində olan xristian missionerləri bu ərazidə daimi qalmağa qərar verirlər. Artıq 1769-cu ildə İspaniya ordusu burada El Presidio Reál de San Diego adlanan qala tikirlər. Həmin tarix San-Dieqo şəhərinin əsasının qoyulduğu tarix hesab olunur. 1830-cu illərdə Meksika bu şəhəri ələ keçirir. 1848–1850-ci illərdə davam edən Meksika-Amerika müharibəsi nəticəsində bütün Kaliforniya ərazisi, həmçinin San-Dieqo şəhəri ABŞ hakimiyyəti altına keçir. 1850-ci ildə San-Dieqoya şəhər statusu verilir. İkinci dünya müharibəsindən sonra San-Dieqo ərazisində çoxlu sayda hərbi baza salındı. Bununla əlaqədar olaraq şəhərdə hərbi məhsullar istehsal edən çoxlu müəssisələr açıldı.
Təhsil Şəhərdə fəaliyyət göstərən San-Dieqo Ştat Universiteti 1897-ci ildə yaradılmışdır.
Qardaş şəhərlər Bakı, Azərbaycan Pert, Avstraliya Varşava, Polşa Yokohama, Yaponiya
İstinadlar
Kateqoriya:ABŞ kurortları Kateqoriya:ABŞ-nin sahilyanı yaşayış məntəqələri Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:Sakit okeanın liman şəhərləri