Jorj Batay () — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi.
Həyatı 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır.
Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi.
1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu.
1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi. 1935-ci ildə Jak Lakanın təşkil etdiyi bir psixoanalitik tədqiqat qrupunun işində iştirak etdi.
9 iyul 1962-ci il tarixində Parisdə vəfat etmişdir.
Əsərləri "Ədəbiyyat və şər" ("La litterature et le mal", 1957) Batayın ədəbiyyatşünaslıq, "Daxili təcrübə" ("L’experience interieure", 1943), "Erosun göz yaşları" ("Les larmes d’Eros", 1961)
Ədəbiyyat Leiris M. A propos de G. Bataille. P., 1988; Surya M. G. Bataille: an intellectual biography. L., 2002; Fokin S. Filosof-vne-sebə. J. Vatay. SPb., 2002.
İstinadlar
Kateqoriya:Fransız ateistlər Kateqoriya:Fransa kommunistləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Fransa şəxsləri Kateqoriya:Fransa yazıçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Fransa filosofları Kateqoriya:Seksuallıq fəlsəfəsi Kateqoriya:İdeyalar tarixi Kateqoriya:Fransa ədəbi tənqidçiləri