Qastone Bin (; ) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu.

Klub karyerası San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı.Interview with Gastone Bean filippofabbri.net Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi.

14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu,Italy 1956–1957 Rsssf . com "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi.Il calcio e il ciclismo illustrato, Number 24, 13 June 1957, page 7 Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər.

Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər. Bu ancaq 1961–62 mövsümündə baş verdi ki, klub 64 qol sayı ilə və ikinci yeri tutan "Napoli"ni 11 xal qabaqladı. Sol vinger mövqeyində çıxış edən Bin 20 qol vurdu. O, "Cenoa"da dörd mövsüm keçirdi, 1964-cü ildə klubun Alp Kuboku və 1963-cü ildə Dostluq Kubokunun qazanmasına töhfə verdi.

Seriya B-də çıxış edən "Napoli"yə keçidindən sonra o, növbəti mövsüm klubla birgə üst liqaya qayıtdı.

O, karyerasını Neapolda başa vurdu və "Bellariya İcea Marina" klubunda oyunçu-məşqçi qismində işə başladı.

Milli komanda karyerası İtaliya millisindən 1958 FİFA Dünya Kuboku turnirin seçmə mərhələsi oyunlarına dəvət almışdır. Ümumilikdə, millidə 4 oyun keçirtdi.Nationals storiapiacenza1919.xoom.it

Məşqçi karyerası Oyunçu karyerasını bitirdikdən sonra iyirmi ili aşağı liqa klublarında ("Bellariya İcea", "Ravenna", "Kattolika", "Lekko", "Benevento", "Barletta", "Kazertana", "Kaveze" və "Fazano" kimi) məşqçi olaraq çalışmışdır.

Nailiyyətləri

Klub səviyyəsində "Milan"

Seria A: 1956–57, 1958–59

"Cenoa"

Seria B: 1961–62

İstinadlar

Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin Bin