Paolo Rossi (; ) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub.

Bioqrafiya Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub.

1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir.

Karyera Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur.

1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur.

1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir. Eyni ildə həm də Fransanın həftəlik France Football jurnalı tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl Topa" sahib olur.

Ardından Rossi "Milan", "Komo", "Viçentsa", "Peruca" və "Hellas Verona" komandalarında oynayır. 1987-ci ildə "Komo" klubunda karyerasını bitirir. Futbolçu heç vaxt xarici klublarda oynamayıb.

Meksikadakı 86 Dünya Kubokuna aparılsada orada heç bir oyunda meydana çıxmır.

FIFA 100 siyahısına və World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxildir.

İdmandan ayrıldıqdan sonra və həyatının son gününə qədər Rossi RAİ kanalında futbol mütəxəssisi olaraq çalışırИтальянский герой: умер Паоло Росси. Скончался чемпион мира 1982 года Паоло Росси // Газета. Ru, 10.12.2020 .

9 dekabr 2020-ci ildə 64 yaşında ağciyər xərçəngindən dünyasını dəyişir. Futbolçu Vicenza şəhərində dəfn edilmişdir .

Karyera Statistikası MövsumKlubOyunQol86/87Hellas Verona20485/86Milan20284/85Yuventus27383/84Yuventus301382/83Yuventus23781/82Yuventus3180/81Viçentsa0079/80Peruca281378/79Viçentsa281577/78Viçentsa302476/77Viçentsa362175/76Komo6075/76Yuventus00251103

Uğurları

Komanda "Viçentsa"

İtaliya B Seriyasının çempionu: 1976/77

Yuventus

İtaliya çempionu A Seriyası (2): 1981/82, 1983/84 İtaliya Kubokunun qalibi: 1983 Kubok Kubokunun qalibi: 1984 Avropa Çempionlar kubokunun qalibi: 1985 UEFA Super Kubokunun qalibi: 1984

İtaliya Millisi

Dünya çempionu: 1982

Şəxsi Qızl top: 1982 Dünyada İlin Futbolçusu: 1982 Avropada İlin Futbolçusu (Onze d'Or): 1982 Dünya Kubokunun Qızıl butsu Qalibi: 1982 A Seriyasının bombardiri 1977/78: 24 qol B Seriyasının bombardiri 1976/77: 21 qol Avropa Çempionlar kubokunun bombardiri: 1982/83 Dünya kubokunun qızıl top sahibi: 1982 Dünya kubokunun gümüş top sahibi: 1978 Dünya Kubokunun simvolik komandasına daxil edilmişdir (2): 1978, 1982 Qızıl ayaq: 2007 (Futbol Əfsanələri) FIFA 100 siyahısına düşub. "La Gazzetta dello Sport" nəşrinə görə ilin İdmançısı: 1978 Dünya çempionatlarında vurduğu qol sayına görə İtaliya yığmasının rekordçusu: 9 qolRoberto Baccio və Kristian Vyeri ilə birlikdə. World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxil edilmişdir

İstinadlar

Xarici keçidlər Rəsmi sayt Rossinin İtaliya millisində oyunları Rossiyə İnanın // Çempionat.com, 26 avqust 2011 Çıxdı və qol vurdu // Şerit. Ru, 15 noyabr 2018

Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:FİFA 100 Kateqoriya:Qızıl top alanlar Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Ellas Verona FK futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Komo FK futbolçuları Kateqoriya:Peruca FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:1978 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri