Bibigül Əhməq qızı Tölegenova (, ) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera müğənnisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır.Kazinform (2 December 2019). "‘Kazakh Nightingale’ Bibigul Tulegenova to celebrate her 90th anniversary at Astana Opera" . Retrieved 17 December 2019.DKN World News (4 December 2019). "The Queen of Opera Stage Bibigul Tulegenova Delighted Her Admirers" . Retrieved 17 December 2019.

Həyatının ilk illəri Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir.Тулегенова Бибигуль Ахметовна // Большая советская энциклопедия (Great Soviet Encyclopedia): [в 30 т.] / под ред. А. М. Прохоров — 3-е изд. — М.: Советская энциклопедия, 1969. English version, "Tulegenova, Bibigul’ Akhmetovna" , retrieved 17 December 2019. Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi. Burada N. N. Samyshinanın bölməsində oxudu və 1954-cü ildə məzun oldu. 1951-ci ildə Qazax radiosunda solist olaraq işləməyə başladı, burada xalq və pop musiqiləri ilə məşğul oldu.

Karyera 1954-cü ildə Almatidakı Abay Opera Evində, 1956-cı ildə isə Qazaxıstan Orkestrasının Kurmanqazi adlı Qazax Filormaniyası Xalq Musiqisi Orkestrası qrupunun solisti oldu. 1958-ci ildə All Union yarışmasının qalibi mükafatını qazandı və 1971-ci ildə Abay Opera Evinə geri döndü. 1980-ci ildən etibarən isə Qazax Milli Konservatoriyası, Kurmanqazidə vokal dərsləri verdi. Ardıyca, 2001, 2004, 2007, 2010, 2011, 2012 və 2014-cü illərdə beynəlxalq vokalistlər yarışmasında münsif sənət prodüseri və münsiflərin rəhbəri olaraq çalışdı.the Republic of Kazakhstan, Office of the President (26 January 2018). "Вручение Государственным секретарем Республики Казахстан Гульшарой Абдыкаликовой государственных стипендий Первого Президента Республики Казахстан" . Retrieved 17 December 2019 .

Tölegenova Sovet İttifaqı Xalq Artisti ünvanını qazanan yegana qazaxıstanlı qadındır. Bundan əlavə, Sovet İttifaqı tarixində Sosialist Əmək Qəhrəmanı ünvanını alan son insandır.

Rol aldığı operalar Rolları:Kazinform (16 December 2014). "Kazakhstan's Bibugul Tulegenova celebrates her 85th birthday anniversary" . Retrieved 17 December 2019. Kyz Zhibek, (Kyz Zhibek Yevgeni Brusilovsky) Azhar, (Abay by Əhməd Çubanov ve Lətif Həmidi) Enlik, (Enlik-Kebek by Qaziza Çubanova) Gulbarshin, (Alpamış by Yerkegali Raxmadiyev) Altynshash, (Altınşaş by Nazib Zhiganov) Violetta, (La traviata by Cüzeppe Verdi) Gilda, (Rigoletto Cüzeppe Verdi) Rosina, (The Barber of Seville Gioacchino Rossini) Norina, (Don Pasquale by Gaetano Donizetti) Zerlina, (Don Giovanni Volfqanq Amadey Motsart) The Snow Maiden, The Snow Maiden (Nikolay Rimski-Korsakov)

Filmoqrafiya İlİstehsalRolu1954Bozqırların qızıKaraşaş1955Şuğlada baş veribMaira (mahnı performansı)1957Mənim sevimli doktorum"Yazın valsı" Aleksandr Zatsepinin mahnı performansı1968Mələk tubeteyka geyinir AngelÖzü1975Ulduzunu saxlaMahnı performansı2005Paralel səslərÖzü2011Aldar KoseAldarın nənəsi2011Uşaqlıq dövrümün səmasıNursultanın nənəsiLaruelle, Marlene (ed.) (2019). The Nazarbayev Generation: Youth in Kazakhstan, p. 204. Rowman & Littlefield. ISBN 1-79360-914-4

İstinadlar

Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Soprano Kateqoriya:Qazaxıstan müğənniləri