Roberto Prutso (; ) — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasını bitirəndən sonra məşqçi kimi çalışıb. Üç dəfə İtaliya çempionatının bombardiri olub. "Roma" klubunun oyunçuları arasında, A Seriyasında vurduğu qollar sayında ikinci sıradadır — 106 qol. Futboldan əlavə politoloq kimi təhsil alıb.
Bioqrafiya Roberto 1955-ci ildə Kroçefieski kommunasında doğulub. Futbol həyatına 16 yaşında "Cenoa" klubunda başlayıb.
Karyerası
Genuya Prutsonun peşəkar futbolda debüt etdiyi ilk klub "Cenoa" klubu olub. O burada meydanda olduğu 143 matçda 57 qol vurub. 1973-cü ildən başlayaraq o, altı mövsüm formasını geyindiyi klubun 1975–76 mövsümündə ən çox qol vuran oyunçusu olub.
Roma Prutso 1979-cu ildə o dvr üçun rekord məbləğ olan 3 milyard lirəyə "Roma" klubuna keçir. Burada o 1980-ci illərin ən məhsuldar İtalyan hücumçularından birinə çevrilir. "Roma" ilə o 1982–83 mövsümündə İtaliya çempionu olur və dörd dəfə İtaliya kubokunun qalibi olur. O, həmçinin üç dəfə A Seriyasın (1981, 1982 və 1986-cı illərdə), eyni zamanda 1980-ci ildə İtaliya kubokunun bombardiri olur. 1984-cü il Avropa Çempionlar kubokunun finalında "Roma"nın "Liverpul" klubuna penaltilərdə uduzduğu oyunda bir qola imza atıb.
Fiorentina 1988-ci ildə "Roma"yla vidalaşan futbolçu "Fiorentina" klubuna keçir və burda bir mövsüm çıxış edərək karyerasını bitirir.
Karyera statistikası +İllərKlubOyunQol1973–78Cenoa143571978–88Roma2401061988–89Fiorentina131Karyerasında cəmi396164
Uğurları
Klub Cenoa
B Seriyası çempionu: 1975–76
Roma
A Seriyası çempionu: 1982–83 İtaliya kuboku: 1979–80, 1980–81, 1983–84, 1985–86
Fərdi A Seriyasının bombardiri: 1980–81 , 1981–82 , 1985–86 İtaliya kuboku bombardiri: 1979–80 "Roma" futbol klubunun Şöhrət Zalı: 2012
İstinadlar
Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Alessandria FK məşqçiləri Kateqoriya:UEFA Avro 1980 futbolçuları Kateqoriya:Palermo FK məşqçiləri Kateqoriya:İtaliya şəxsləri