İdman turizmi — turistlərin idman yarışlarında və tədbirlərində iştirakçı, yaxud tamaşaçı kimi (izləmək üçün) iştirakı nəzərdə tutulan turizm növüSolmaz Rüstəmova, Reyhan Zeynalova, Gülxar Azadəliyeva, Nabad Nuriyeva. Turizmin marketinqi və menecmenti. Dərs vəsaiti. Bakı, "Elm və təhsil", 2020, 224 səh. . İdman yarış və tədbirlərində iştirak üçün həyata keçirilən səfərlər aktiv idman turizmi, sadəcə izləmək üçün edilən səfərlər isə passiv idman turizmi fəaliyyəti kimi qəbul olunur.Sports tourism – what is it? İstifadə tarixi: 27 aprel 2026. Əlavə əlavə, tarixi və ya xüsusi əhəmiyyəti olan, idmanla bağlı yerlərin ziyarəti də nostalji idman turizmi kimi ayrıca olaraq qiymətləndirilir. Buraya idman ilə əlaqəli sərgi, muzey və ya idman məkanlarının (stadion, zal, olimpiya şəhərcikləri və s.) ziyarəti daxildir.
İdman turizmi özündə idman sənayesi və turizm sənayesini birləşdirir. İdman turizmi dünya turizm xərclərinin təqribi olaraq 10%-i təşkil edir və dman Turizmi Bazarının Ölçüsü, Payı və Trendləri Təhlili Hesabatına görə, 2023-2030-cu illər arasında 17.5% artacağı güman edilir.Sports Tourism. İstifadə tarixi: 23 aprel 2026.
İdman turizmi sürətlə inkişaf edən turizm sahələrindən biridir. Olimpiya oyunları, Beynəlxalq Tennis turnirləri, “Formula 1” Qran-pri yarışı, FİFA Dünya Kuboku oyunları kimi beynəlxalq idman tədbirləri idman turizminin inkişafında böyük rol oynayır. Məsələn, Almaniyada keçirilən UEFA Avro 2024-də satılan 2,7 milyon bilet sahibinin 44%-i xaricdən gəlmişdi (ümumi qazanc 7.44 milyard funt-sterliq) və ya Parisdə keçirilən 2024 Olimpiya Oyunları təqribən 11.2 milyon ziyarətçi cəlb etdi və oyunlar ilk həftədə əvvəlki ilə nisbətən turist sayında 42% artıma səbəb oldu.The global market of enthusiasm: Why sports tourism is becoming a decisive force for the economy, infrastructure and regional culture. İstifadə tarixi: 27 aprel 2026.
İdman turizmi iki böyük qola ayrılır: yay idman oyunları turizmi və qış idman oyunları turizmi. Mövsümündən asılı olmayaraq idman turizmi nə qədər cəlbedici görünsə də, bu turizm sahəsində müəyyən təhlükələr (yaralanma, əlilqalma) mövcuddur.
İdman turizmi macəra turizmi ilə birlikdə ən çox stress atmağa kömək edən turizm sahəsi hesab olunur. Bununla belə, idman turizminin inkişafı üçün çox böyük investisiyalara ehtiyac duyulur (infrastrukturun qurulması, avadanlıqlarla təminolunma, lazım olduğu təqdirdə tibbi müalicə və s.).
Əhəmiyyəti İdman turizmi sadəcə iqtisadi deyil, həm də sosial, sağlamlıq və ətraf-mühit məsələlərində faydalı sektor kimi çıxış edir.
İqtisadi olaraq idman turizmi sektoru birbaşa və ya dolayı yolla iş ilə təminata müsbət təsir göstərir, istehsal prosesini stimullaşdırır və uzun perspektivdə şəhərləşmə prosesinə töhvə verir.Sports tourism: A strategic tool for sustainable and balanced EU tourism. İstifadə tariix: 25 aprel 2026. İdman turizmi çərçivəsində turizm agentlikləri idman tədbirləri üçün səyahət paketi təklif edir və tədbir təşkilatçıları bilet satışı ilə məşğul olurSports tourism: an opportunity to manage sporting events and activities. İstifadə tarixi: 25 aprel 2026..
Müxtəlif xalqların milli idman oyunlarının təbliği, yəni idman turizmi multikultural dəyərlərin formalaşması üçün əhəmiyyət kəsb edir.
Tarixi İdman turizminin tarixi kökləri Antik Yunanıstana, Qədim Olimpiya oyunlarına qədər gedib çıxır.Sports tourism. İstifadə tarixi: 23 aprel 2026.
Əksər turizm növləri kimi idman turizmi də COVID-19 pandemiyasından ciddi formada mənfi təsirləndiSport Tourism. İstifadə tarixi: 23 aprel 2026..
Növləri İdman turizmi çoxşaxəli olduğuna görə təsnifatlaşdırılaraq qruplar halında öyrənilməlidir: Su idman turizm növləri - üzgüçülük, avarçəkmə, dalğıclıq, qayıq yarışları Döyüş-özünümüdafiə idman turizm növləri - boks, kikboks, taekvondo, karate, güləş, cüdo, qılıncoynatma, ciu-citsu Top ilə oynanılan idman turizm növləri - futbol, basketbol, həndbol, voleybol, beysbol, tennis, amerikan futbolu, qolf, badminton Ekstremal idman turizm növləri - alpinizm, paraplan, parkur, skeytbordinq Oxatma Gimnastika Qaçış Cipinq (off-road) - yüksək keçicilik qabiliyyətli avtomobillərdə dərə-təpəlik yerlərdə səyahət.
Azərbaycanda idman turizmi Azərbaycan Bədii gimnastika üzrə 27-ci dünya çempionatı, Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, Gənclər arasında boks üzrə dünya çempionatı, "Formula1 Grand-prix" yarışları, İslam Həmrəyliyi Oyunları və başqa beynəlxalq idman turizmi tədbirlərinə ev sahibliyi edib.İDMAN TURİZMİNİN SOSİAL, İQTİSADİ, HUMANİTAR ƏHƏMİYYƏTİ. İstifadə tarixi: 28 aprel 2026.
Həmçinin bax
Dayanıqlı turizm Kruiz turizmi Təhsil turizmi
İstinadlar
Kateqoriya:İdman Kateqoriya:Turizm növləri