Ernst Frants Hermann Happel () — keçmiş Avstriya oyunçusu və məşqçisi.

O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həm də kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir.

Oyunçu karyerası

Klub səviyyəsində Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır.Team of the Century – Rapid Archive

O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir

Milli yığma səviyyəsində Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir. O, millinin heyətində İsveçrədə keçirilən 1954 Dünya Kubokunda bürünc medalı qazanmışdır və həmçinin 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. Onun millidə sonuncu oyunu 1958-ci ilin sentyabr ayında Yuqoslaviya millisinə qarşı təsadüf etdi. O, 51 oyuna 5 qol vura bilmişdir.Appearances for Austrian National Team – RSSSF

Məşqçi karyerası Oyunçu karyerasını bitirdikdən sonra Happel bütün zamanların ən yaxşı məşqçilərindən birinə çevrildi. O, dörd ölkə liqasının çempionu oldu. O, həmçinin iki klubla Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qızıl medalına yiyələndi və Niderland miliisi ilə 1978 FİFA Dünya Kubokunda ikinci yeri tutdu. Onun ilk klubu 1962-ci ildə müqavilə imzaladığı "ADO Den Haaq" idi, 1968-ci ildə onunla Niderland kubokunda qalib gəldi. "Den Haaq"dan sonra o, "Feyenoord" klubunda işləməyə başladı və onunla Çempionlar Kuboku (final qarşılaşması "Qlazqou Seltik" ilə idi), 1970-ci ildə Qitələrarası kubok və 1971-ci ildə Niderland çempionatının qalibi oldu.

Argentinada keçirilən 1978 FİFA Dünya Kubokuna Happel Niderland millisinin baş məşqçisi idi. O, komanda ilə birlikdə Argentina millisinə qarşı final oyununa qədər irəlləmişdilər. Çox danışmağı sevməyə Happel oyundan öncə fikirlərini oyunçularına ancaq bir cümlə ilə ifadə etdi: "Cənablar, 2 xal". Lakin Niderland komandası əlavə olunan hissələrdən sonra 3–1 hesabı ilə məğlub oldu.

Məşqçi karyerası boyunca Happel "Sevilya", "Brügge" (7 dəfə Belçika çempionatının qalibi oldu) və "Hamburq" (1982 və 1983-cü ildə Bundesliqa çempionu və 1987-ci il Almaniya Kuboku sahibi) kimi bir neçə klubda çalışmışdır.

1983-cü ildə o, yenidən Çempionlar Kubokunu qazandı. Feynoord ilə zəfərdən 13 il sonra qalibiyyətə gətirdiyi növbəti klub "Hamburq" oldu, rəqib isə "Yuventus" idi. O, 2 fərqli klubla Çempionlar Kubokunu (hazırda Çempionlar Liqası adlanır) udan beş məşqçidən biridir. Digərləri Otmar Hitsfeld ("Borussiya Dortmund" və "Bayern Münhen" ilə), Joze Mourinyo ("Portu" və "İnter" ilə), Yupp Haynkes ("Real Madrid" və "Bayern Münhen" ilə) və Karlo Ançelottidir ("Milan" və "Real Madrid" ilə).

1987-ci ildə Happel "Svarovski Tirol" klubunun məşqçisi qismində Avstriyaya geri döndü. Klubla o, 2 dəfə Avstriya çempionatı (1989 və 1990) qazandı və 1992-ci ildə Avstriya milli futbol komandasının baş məşqçisi təyin edildi.

Şəxsi həyatı 1938-ci ildə "Rapid Vyana" klubunun bütün gənc oyunçuları avtomatik olaraq Hitleryugend təşkilatının üzvü oldular. Ernst onların mahnıları ilə yanaşı oxumaqdan imtina etdiyini bildirirdi və nəticədə onu toplantılardan qovdular.

1943-cü ildə hərbi xidmətə çağırılaraq Şərq cəbhəsinə göndərildi. Heç vaxt döyüşməsə də, 1945-ci ildə amerikalılar tərəfindən həbs edildi. O, Münhendə qatar vaqonundan atlayaraq qaçdı və Vyanaya qayıtması bir neçə ay çəkdi. Uzaqdan evinin hələ də yerində qaldığını gördüyünü və yenidən "Rapid Vyana"da oynamağa başladığını bəhanə edərək Sovet işğal zonasına girdi.

Ernst Happel heç vaxt evlənmədi. Keçmiş oyunçularından biri Birger Yensen onu bir qədər tənha biri olduğunu və daima əlində siqaret və konyakla gəzən biri kimi təsvir etmişdir. Buna baxmayaraq, Avstriyalı dostlarla görüşürdü və kart oyunları, bilyard və darts oynayırdı.

Ölümü thumb|Vyanadakı Ernst-Happel stadionunda lövhə Yetkin yaşlarında bərk siqaret çəkən Happel 1992-ci ildə 66 yaşında ağciyər xərçəngindən vəfat etdi. Ölümündən sonra Vyanada yerləşən Avstriyanın ən böyük futbol stadionu Prater stadionunun adı Ernst-Happel olaraq dəyişdirildi. Ölümündən dörd gün sonra Avstriya millisi Almaniyaya qarşı oynadı və 0–0 bərabərə qaldı; Happelin furajkası oyun boyunca ehtiyat oyunçular skamyasında qaldı.

Məşqçilik statistikası

Klub KomandaBaşlama tarixiBitmə tarixiYarışPWDLWin %ADO Den Haaq26 avqust 196222 may 1969EredivisieAvropa Kuboklar KubokuADO Den Haaq cəmiSan Fransisko Qolden Geyt Geyls28 may 19671 iyul 1967Yunayted Sokker Assosiyasının Qərb DivizyonuSan Fransisko Qolden Geyt Geyls cəmiFeyenoord10 avqust 196920 may 1973EredivisieNiderland KubokuQitələrarası kubokAvropa KubokuUEFA KubokuFeyenoord cəmiSevilya2 sentyabr 197317 dekabr 1973Sequnda DivizyonuCopa del GeneralísimoSevilya cəmiBrügge27 yanvar 197425 oktyabr 1978Birinci divizyonBelçika KubokuLiqa KubokuAvropa KubokuUEFA KubokuBrügge cəmiHarelbeke11 fevral 19791 may 1979Belçika İkinci DivizyonuHarelbeke cəmiStandard Lyej29 avqust 197917 may 1981Birinci divizyonBelçika KubokuBelçika SuperkubokuUEFA Kubokuİntertoto KubokuStandard Lyej cəmiHamburq FK8 avqust 198120 iyun 1987BundesliqaAlmaniya KubokuAlmaniya SuperkubokuQitələrarası kubokAvropa KubokuUEFA KubokuHamburq cəmiSvarovski Tirol18 iyul 198730 noyabr 1991BundesliqaAvstriya KubokuAvstriya SuperkubokuAvropa KubokuAvropa Kuboklar KubokuUEFA KubokuSvarovski Tirol cəmicəmi |

*Happelin başçılığı ilə keçirilən oyunların tarixləri vəzifəyə rəsmi təyinat tarixləri deyil

Milli yığma komandaları KomandaBaşlamatarixiBitmətarixiNəticələrQQəlHHMQalibiyyət %Niderland31 avqust 197725 iyun 1978Avstriya1 yanvar 199214 noyabr 1992Cəmi

*Happelin başçılığı ilə keçirilən oyunların tarixləri vəzifəyə rəsmi təyinat tarixləri deyil

Nailiyyətləri

Oyunçu kimi Rapid Vyana Avstriya Futbol Bundesliqası: 1945–46, 1947–48, 1950–51, 1951–52, 1953–54, 1956–57 Avstriya Kuboku: 1945–46 Zentropa Kuboku: 1951 Avstriya FIFA Dünya Kuboku: 1954 (üçüncü yer)

Məşqçi kimi ADO Den Haaq Niderland Kuboku: 1967–68 Feyenoord Eredivisie: 1970–71 Çempionlar Kuboku: 1969–70 Qitələrarası kubok: 1970 Brügge Belçika çempionatı: 1975–76, 1976–77, 1977–78 Belçika Kuboku: 1976–77 UEFA Kuboku: 1975–76 (ikinci yer) Çempionlar Kuboku: 1977–78 (ikinci yer) Standard Liège Belçika Kuboku: 1980–81 Belçika SuperKuboku: 1981 Netherlands FIFA Dünya Kuboku: 1978 (ikinci yer) Hamburger SV Bundesliqa: 1981–82, 1982–83 DFB-Pokal: 1986–87 Avropa Kuboku: 1982–83 Swarovski Tirol Avstriya çempionatı: 1988–89, 1989–90 Avstriya Kuboku: 1988–89 Fərdi Avropada ilin məşqçisi—Zepp Herberger mükafatı (2): 1978, 1983 Avropada Mövsümün məşqçisi: 1982–83 France Football-a görə tarixin ən yaxşı 9-cu məşqçisi: 2019 World Soccer-a görə tarixin ən yaxşı 9-cu məşqçisi: 2013 ESPN-a görə tarixin ən yaxşı 14-cü məşqçisi:: 2013

İstinadlar

Xarici keçidlər Oyunçu profili – Rapid arxivi National-Football-Teams.com saytında Ernst Happel

Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:Avstriya futbol məşqçiləri Kateqoriya:Rapid Vyana FK futbolçuları Kateqoriya:Rasinq Paris FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları H Kateqoriya:Avstriya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:1948 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:ADO Den Haaq FK məşqçiləri Kateqoriya:Feyenoord FK məşqçiləri Kateqoriya:Sevilya FK məşqçiləri Kateqoriya:Brügge FK məşqçiləri Kateqoriya:Niderland milli futbol komandasının məşqçiləri Kateqoriya:Standard Lyej FK məşqçiləri Kateqoriya:Hamburq FK məşqçiləri Kateqoriya:Avstriya milli futbol komandasının məşqçiləri Kateqoriya:1978 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:Erediviziya məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib məşqçiləri Kateqoriya:Bundesliqa məşqçiləri Kateqoriya:Svarovski Tirol FK məşqçiləri Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:Legioner Avstriya futbolçuları Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Birləşmiş Futbol Assosiasiyası məşqçiləri