İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur.
İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur. thumb|'' İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabənzər meymunlardır. Onların bədən quruluşu, reduksiya olmuş quyruğu, yastı dırnaqları, kəsici, köpək, azı dişlərinin sayı, əldəki baş barmağın digər barmaqlarla qarşılaşması, 12-13 cüt qabırğası, 5-6 oma fəqərəsinin olması insanlara oxşardır. Onlar da vəba, vərəm, qarın yatalağı, çiçək, qrip kimi xəstəliklərə tutulur və dörd qan qrupuna malikdirlər. Xromosom aparatında da oxşarlıq mövcuddur. Məsələn, şimpanzenin xromosom aparatındaki nukleotid ardıcıllıqları 91% insanınkına oxşardır. Lakin bütün insanabənzər meymunların fizioloji xüsusiyyətlərində insana oxşarlıq eyni deyil. Şimpanze - kəllənin quruluşu və ətrafların ölçüləri Hibbon- yastı döş qəfəsi və kəllənin hamar olması Qorilla- ümumi bədən nisbətləri, çanaq, bilək, pəncənin quruluşu Oranqutan-12 cüt qabrığa Meymunlardan insana fizioloji xüsusiyyətləri ilə ən yaxın olanını demək nisbətən çətindir. Lakin alimlər belə qənaətə gəlirlər ki, bu şimpanze meymunudur. Ancaq bu meymunların heç biri insanın bilavasitə əcdadı sayılmır. İnsanla insanabənzər meymunlar arasında mühüm fərqlər vardır. İnsan meymunlardan fərqli olaraq, kollektiv əmək fəaliyyətinə malikdir. İnsan mücərrəd təfəkkürə malik olub yeni əmək alətləri yaradır və onları tətbiq edir. İnsan təkamülünü təsnifat da əks etdirir. + Müasir insanın təsnifatda yeri Aləm Heyvanlar Tip Xordalılar Sinif Məməlilər Dəstə PrimatlarFəsilə İnsanlar Cins İnsan Növ Dərrakəli insan
İnsan təkamülü. Embrioloji və müqayisəli anatomiya dəlilləri İnsanla məməli heyvan arasında olan oxşar morfoloji, anatomik, fizioloji və embrioloji xüsusiyyətlər var. Atavizm Atavizmlər insanın heyvanlardan əmələ gəldiyini göstərir. Bəzən quyruqlu, çoxməməli, bütün bədəni sıx tüklərlə örtülü, qulaq seyvanını hərəkət etdirə bilən insanlar doğulur. Bu onların əcdadlarının əlamətlərini təkrar etməsidir.
Rudimentlər İnsan təkamülündə əcdadlarda olan bəzi orqanlar öz əhəmiyyətini itirmiş və qalıq halında qalmışdır. Müəyyən olunmuşdur ki, insanda rudimentlərin sayı çoxdur. İnsanın onurğalı heyvanlarla müqayisəsi göstərir ki, o, uzun sürən tarixi inkişaf yolu keçmiş və formalaşmışdır. İnsanın məməli heyvanlara daha çox oxşadığını bilirsiniz. İnsan və heyvan rüşeymlərinin inkişafını nəzərdən keçirdikdə onların oxşar xüsusiyyətlərinin olduğu müəyyən edilmişdir. İnsan da öz inkişafına mayalanmış yumurtahüceyrədən - ziqotdan başlayır. Ziqotun bölünməsi nəticəsində blastomerlər yaranır, çoxhüceyrəli rüşeym formalaşır. Rüşeymin inkişafı zamanı bir aylığında ikikameralı ürək, üç cüt qəlsəmə qövsü görünür. Barmaqlarının arasında pərdə, kloakası, balıqlarda olduğu kimi, qovuqcuqlardan ibarət baş beyinolur. Rüşeym inkişaf etdikcə onun baş beyninin yarımkürələri formalaşır, üzərini qırışlı qabıq örtür. Onurğa sütununun quyruq şöbəsi də inkişaf zamanı formalaşır. Onun fəqərələrinin bir qismi reduksiyaya uğrayır, bir qismi isə birləşib büzdüm sümüyünü əmələ gətirir. Dölün 3-4 aylığında bədənin üzəri tüklərlə örtülü olur. Ancaq inkişaf etdikcə tüklər tökülür, yalnız başda uzun tüklər qalır. Hətta 6 həftəlik rüşeymdə çoxlu süd vəzilərinə rast gəlinir. Onun ürəyi döyünən borudan ibarət olur. Rüşeym inkişaf etdikcə onda insana məxsus əlamətlər formalaşır. Driopiteklər. Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdir. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər.
İnsanın təkamülü paleontoloji dəlillər İnsanın təkamülünü (antropogenez) bir sıra dəlillər sübut edir. İnsanabənzər meymunların və insanın əcdadının mezozoy erasında kiçik həşəratyeyənlərdən başlanğıc götürməsi ehtimalı vardır. Onların qidası qarışıq olmuşdur. Ancaq ən çox cücülərlə qidalanırdılar. Sonralar bu heyvanlar bir çox şaxələrə başlanğıc vermişlər. Onlardan biri də parapiteklərə başlanğıc verən şaxə olmuşdur. Parapiteklər Qədim insanabənzər meymunlar olmuş, Afrika, Asiya və Avropada geniş ərazilərdə yaşamışlar. Qazıntılar nəticəsində onlara məxsus qalıqlar tapılmışdır. Onlar üç şaxəyə - oranqutanlara, hibbonlara və nəsli kəsilmiş driopiteklərə başlanğıc vermişlər. Driopiteklər Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdir. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər. Avstralopiteklər Onlar sürü halında düzənliklərdə yaşamağa başlamış, yırtıcı olmuşlar. Bu heyvanlarda ənsə dəliyi kəllə qutusunun mərkəzinə doğru çəkilmişdi. Beyinlərinin həcmi müasir insanabənzər meymunlara nisbətən daha böyük olmuşdu. Tapılan sümüklərə əsasən məlum olur ki, onlarda arxa ətraflar daha yaxşı inkişaf etmişdir. Avstralopitekləri digər meymunlardan fərqləndirən xüsusiyyətləri göstərin. Ətraf sümüklərindən, əsasən, çanaq və bud sümükləri insan sümüklərinə daha çox oxşayırdı. Çanağın geniş olması onların dik gəzdiklərini göstərir. Yuxarı ətraflarında baş barmağın quruluşu isə əllərin tutmaq qabiliyyətinin güclü olduğunu və onların daşdan və sümükdən alət kimi istifadə etdiklərini bildirir. Avstralopiteklərin dişlərinin quruluşu da insanın dişinə daha çox oxşayırdı. Müxtəlif ərazilərdə tapılan qalıqlar avstralopiteklərin çoxlu növlərinin olduğunu sübut edir. Şimal və cənub dairələrindən başlayan soyuqlar insanabənzər meymunların yaşayışını daha da çətinləşdirdi. Onlar özlərini həm ətraf mühit amillərindən, həm də digər heyvanlardan qorumaq üçün bir sıra uyğunlaşmalar qazandılar. Avstralopiteklərin bir qismi özlərini müdafiə etmək üçün əmək alətləri düzəltməyə başladılar. Alimlər bu şaxəni “bacarıqlı insan” adlandırdılar. Avstralopitek - australis (latınca) - cənublu, (yunanca) - meymun. Alimlərin bir qismi “bacarıqlı insan”ı ən qədim insanlar hesab edirlər. Onlar çay daşlarından kəsən və doğrayan alətlər hazırlamışlar. Barmaq falanqaları yastılaşmışdır. Sonrakı inkişaflarında təkmilləşmiş və ən qədim insanlara başlanğıc vermişlər. Ən qədim insanlar İnsanın yaranması prosesini 3 mərhələyə bölürlər: ən qədim, qədim və ilk müasir insanlar. Pitekantroplar Pitekantroplar - meymunlarla insanlar arasında aralıq mövqe tutan qruplar olmuşlar. Qalıqları ilk dəfə 1891-ci ildə Asiyada İndoneziyanın Yava adasında Ejen Dübua tərəfindən tapılmışdır. Sonralar Asiyanın digər ərazilərində, Afrikada və Avropada da onların qalıqlarına rast gəlindi. Pitekantroplar iki ətrafüzərində dayağa söykənərək gəzirdilər. Onlar düz qamətli idilər. Beyinlərinin həcmi 900-1100 sm3, boyları 170 sm olmuşdur. Gözlərinin üstündə qaşüstü yastıqcıqlar var idi. Çənəaltı çıxıntıları nitq qabiliyyətləri olmadığı üçün yox idi. Ancaq beyinlərinin alın və gicgah payları insanabənzər meymunlara nisbətən yaxşı inkişaf etmişdir. Sürü halında yaşamışlar. Oddan və daş alətlərdən (ərsin, burğu) istifadə edirmişlər. Paltar geyinmirdilər. Yaşayış məskənləri yox idi. Sinantroplar Sinantroplar - bunları Çin adamı adlandırırlar. Çünki qalıqları 1927-1937-ci illərdə ilk dəfə Çində, Pekin yaxınlığında tapılmışdır. Onların morfoloji xüsusiyyətləri pitekantroplara bənzəyir. Ancaq beyinlərinin həcmi onlarınkından daha iri olub 1220 sm3-ə çatırdı. Bəzi araşdırmalar onların baş beyinlərinin daha iri olduğuna əsas verir. Beyinlərinin sol payı sağ payından daha yaxşı inkişaf etmişdir. Bu da onların sağaxay olduğunu sübut edir. Alt çənələri və dişləri iri olmuşdur. Çənəaltı çıxıntıları yox idi. Deməli, onlarda nitq qabiliyyəti olmamışdır. Qaşüstü yastıqcıqları var idi. Oddan istifadə edir, onu qoruyub saxlayır, dəri paltarlar geyinirdilər. Mağaralardan tapılan kül qatları Çin adamlarının oradan sığınacaq kimi istifadə etdiklərini göstərir. Onların daş, buynuz və sümükdən hazırlanmış əmək alətləri (ərsin, tiyə, iti ucluq) olmuşdur.
Heydelberq adamı Heydelberq adamı - qalıqları ilk dəfə 1907-ci ildə Almaniyanın Heydelberq şəhəri yaxınlığında tapılmışdır. Bundan başqa qalıqlara Asiya və Afrikada da rast gəlinmişdir. Aşkar edilmiş alt çənə sümüyündə çənəaltı çıxıntı yox idi. Dişlər iri olsa da, insan dişlərinə oxşar idi. Onlar da oddan istifadə etmiş, sürü halında yaşamışlar. Ən qədim insanlar hannibal idilər. Öz sürülərindən olan insanların belə əti ilə qidalana bilirdilər.
Azıxantrop Azıxantrop - Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında bu insanların qalıqları - alt çənə sümüyü tapılmışdır. Onlar da sürü halında yaşamış, oddan istifadə etmiş, dəri paltar geyinmişdilər. Daşdan, sümükdən müxtəlif alətlər hazırlamışdılar. Tapılan qazıntılar azıxantropların qazma üsulu ilə yerdə ocaq qurduqlarını göstərir. Neandertallar qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Ne- ander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı, Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar. Beyinlərinin həcmi təqribən 1400 sm3 idi. Beyin qabığında qırışlar müasir insanalara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq var imiş. Hannibal idilər. Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (daş ucluq, ağac dəsti olan ucluq, qarpun, nizə) hazırlayırdılar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. Mitoxondri DNT-si müasir insanlara çox yaxın olmuşdur. İlk dini rüşeymlər onlarda yaranmışdır. Ancaq onlar müasir insanın birbaşa əcdadı deyillər. Qədim və ilk müasir insanlar Neandertallar