Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Tarixi Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir.
XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi.
Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Memarlıq xüsusiyyətləri
İstinadlar
Kateqoriya:Şuşa karvansaraları Kateqoriya:Azərbaycan karvansaraları Kateqoriya:Şuşa abidələri Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:XVIII əsr memarlığı Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XVIII əsrdə yarananlar Kateqoriya:Şuşadakı dini tikililər