Fəxriyyə — qəsidənin bir növü. Fəxriyyə sözü ərəbcə öyünmə mənasında işlənən fahr sözündən gəlir və iftixar sözü ilə eyniköklüdür.Fahriyye nedir? İstifadə tarixi: 21 iyul 2026. Fəxriyyə türk ədəbiyyatında ərəb təsiri ilə daxil olub.Fahriye Nedir? Özellikleri Nelerdir? Dîvan Edebiyatında Fahriye Örnekleri. İstifadə tarixi: 21 iyul 2026.
Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır.Fahriyye ne demek? İstifadə tarixi: 21 iyul 2026. Şairlər nə isə umduqları şəxslər (şahlar, vəzifə sahibləri, himayədarlar və s.) üçün də tez-tez fəxriyyə yazıblar. Fəxriyyədə məthiyyədə olduğu kimi tez-tez mübaliğədən istifadə olunur. Minacat, nət, məthiyyə kimi müxtəlif şeir növlərində fəxriyyə xüsusiyyətləri daşıyan beytlərə rast gəlmək mümkündür. Şair məthiyyədə özündən sadəcə birinci şəxsdə deyil, həmçinin ikinci və üçüncü şəxsdə bəhs edə bilər.
Türk ədəbiyyatında Orxon kitabələrindən başlayaraq "Dədə Qorqud" dastanınında, Yunus Əmrə və Füzuli divanlarında, eləcə də başqa bir çox əsərlərdə fəxriyyə mahiyyəti daşıyan hissələr tapmaq mümkündürFAHRİYYE. İstifadə tarixi: 30 mart 2026.. Türk ədəbiyyatında Nəfi yaradıcılığında tez-tez fəxriyyəyə müraciət edib. Belə ki, onun divanında yer alan 62 qəsidənin 54-də fəxriyyəyə rast gəlmək olarFahriyye Nedir? İstifadə tarixi: 30 mart 2026..
Ərəb ədəbiyyatında fəxriyyə Klassik ərəb ədəbiyyatında fəxriyyə mövzusu ən çox yayılmış mövzulardan biridir. Bu şeirlərdə şairlər öz tayfaları ilə, əcdadları, özləri, qəhrəmanlıqları, igidləri ilə fəxr edirlər.Esat Ayyıldız. "‘Alkame b. ‘Abede el-Fahl ve İki Kasidesi" . İSTEM / 36 (Aralık 2020): 389–415 . https://doi.org/10.31591/istem.836393
Nümunələr
Həqir baxma mənə, kimsədən sağınma kəməm, Fəqiri-padişahasa, gədayi-möhtəşəməm. (M. Füzuli)
Əşar ilə fəxr eyləməyi istəməm amma, Fəxriyyəcə söz adət-i ərbab-ı bəyandır. (Əndərunlu Vasif)
İstinadlar
Kateqoriya:Şeir formaları