Riqoberta Mençu Tum (; ) — Kiçeli yerli feminist və Qvatemalalı insan haqları müdafiəçisi.

Mençu, həyatını Qvatemala Vətəndaş müharibəsi (1960-1996) dövründə və sonrasında Qvatemala aborigen və yerliləri hüquqlarının beynəlxalq səviyyədə təbliğinə həsr edib."Rigoberta Menchú." Encyclopedia of World Biography Online, Gale, 1998. Gale in Context: Biography, https://link.gale.com/apps/doc/K1631004473/BIC?u=unlv_main&sid=BIC&xid=13ab26e5. Accessed 27 Sept. 2019.

Bir çox nüfuzlu mükafatlarla yanaşı 1992-ci ildə Nobel sülh mükafatını və 1998-ci ildə Asturiya Şahzadəsi mükafatı laureatı olan Mençu Riqoberta Mençu (1983) avtobioqrafik əsərinin qəhərmanıdır və "Sərhədləri keçmək" (1998) avtobioqrafik əsərinin müəllifidir. Mençu UNESCO-nun xoşməramlı səfiridir. Ölkənin ilk yerli siyasi partiyası olan Vinaqı quraraq, 2007 və 2011-ci illərdə Qvatemala prezidentliyinə namizədliyini irəli sürmüşdür. Şəxsi həyatı Riqoberta Mençu Qvatemalanın El Kiçe əyalətinin Laj Çimel kəndində Maya mənşəli yoxsul kəndli ailəsində anadan olmuşdur. Ailəsi, İspaniyanın Qvatemalanı fəth etməsindən sonra qaldıqları kiçik torpaq sahələrində özlərini dolandıra bilməyən bir çox aborigen ailələrdən biri idi. Mençunun anası on altı yaşında mamaça (akuşerka) olaraq karyerasına başladı və 43 yaşında öldürülənə qədər ənənəvi dərman bitkilərindən istifadə etməyə davam etdi. Atası, Qvatemalada yerli fermerlərin hüquqlarını müdafiə edən tanınmış fəal idi. Valideynlərinin hər ikisi mütəmadi olaraq Katolik kilsəsinə gedirdilər və anası Maya mənəviyyatına çox bağlı idi. Mençu özünü hər iki valideyninin mükəmməl qarışığı hesab edir. Katolik Kilsəsinin bir çox təlimlərinə inanır, ancaq anasının Maya mədəniyyətinə bağlılığı,inamı Mençuya təbiətlə harmoniya şəkildə yaşamağın və Maya mədəniyyətini qoruyub saxlamağın vacibliyini öyrətdi.

1979-80-ci illərdə qardaşı Patrosinio və anası Uana Tam Kotoya, Qvatemala ordusu tərəfindən qaçırıldı, vəhşicəsinə işgəncəyə məruz qalaraq,öldürüldü. Atası Visente Mençu Perez, 1980-ci ildə, şəhər partizanlarının girov götürdükdən və hökumət təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldıqdan sonra,İspaniya səfirliyinin yandırılması nəticəsində öldü. 2015-ci ilin yanvarında, Qvatemala ordusunun keçmiş polis komandiri Pedro Qarsiya Arredondo, səfirliyə hücumdakı roluna görə qətl cəhdində və insanlığa qarşı cinayətlərdə günahlandırıldı.

1984-cü ildə Mençunun digər qardaşı Victor, Qvatemala ordusuna təslim olduqdan sonra vurularaq öldürüldü,əsgərlər tərəfindən qorxuduldu və qaçmağa çalışdı.

1995-ci ildə Mençu, Maya mərasimində Qvatemalalı Anhel Kenl ilə evləndi. 1998-ci ilin yanvarında Katolik kilsəsində də evləndilər;o dövrdə dekabr ayında vaxtından əvvəl dünyaya gələn oğlu Tzununu (mayya dilində "kalibri") dəfn etdilər. Maş Nahualya ("Suyun ruhu") adlı oğlan övladlığa götürdülər.Irwin Abrams, The Nobel Peace Prize and the Laureates: An Illustrated Biographical History, Watson Publishing International, 2001, p. 296.

Qvatemalalı aktivist Gənc yaşlarından, Mençu, Kəndlilər Birliyi komitəsi vasitəsi ilə yerli fermerlərin hüquqlarını müdafiə edərək atası ilə birlikdə fəaliyyət göstərirdi. Mençu, kişi ailə üzvlərinin ədalət uğrunda mübarizəyə qoşulmaq istəyini bildirdiyi üçün, ayrı-seçkiliklə qarşılaşırdı, ancaq anasından ilham alaraq mübarizəsini davam etdirdi. Qvatemaladakı yerli zülmün köklərinin istismar və müstəmləkə torpaq mülkiyyəti məsələlərindən qaynaqlandığına inanır. Onun erkən aktivist mübarizəsi xalqını müstəmləkə istismarından qorumağa yönəlmişdi.

Məktəbdən çıxdıqdan sonra Mençu, Qvatemala silahlı qüvvələri tərəfindən 1960-1996-cı illərdə davam edən vətəndaş müharibəsi zamanı Qvatemala silahlı qüvvələri tərəfindən insan hüquqları pozuntularına qarşı mübarizə aparan bir fəal olaraq çalışdı. Müharibə zamanı baş verən bir çox insan haqları pozuntusu yerli xalqları hədəf aldı. Qadınlar ordunun fiziki və cinsi zorakılıq hədəfləri idi.

1981-ci ildə Mençu sürgün edildi və Meksikaya qaçdı, burada Çiapasdakı katolik yepiskopunun evində sığındı. Mençu, Qvatemalada zülmə qarşı müqavimət təşkil etməyə davam etdi və Birləşmiş Qvatemala Müxalifət Respublikasını quraraq yerli hüquqlar uğrunda mübarizəni təşkil etməyə davam etdi. Əsasən Maya hinduları olan on minlərlə insan, 1982-1984-cü illərdə Qvatemalada 36 illik vətəndaş müharibəsinin qızğın vaxtında Meksikaya qaçdı. Tens of thousands of people, mostly Mayan Indians, fled to Mexico from 1982 to 1984 at the height of Guatemala's 36-year civil war.

Bir il sonra, 1982-ci ildə, Venesuelalı müəllif və antropoloq Elizabet Burqos, onun həyatından bəhs edən Me llamo Rigoberta Menchú y así me nació la conciencia (Adım Riqoberta Mençu və bu mənim idrakım belə doğuldu) adlı bir kitabı qələmə aldı və kitab ingilis və fransız dilləri də daxil olmaqla başqa beş dilə tərcümə edilmişdir. Mençu kitabı ispan dilində nəql etdi, baxmayaraq ki, bu dildə danışmağı yalnız üç il əvvəl öyrənmişdi. İspan dili müstəmləkəçilər tərəfindən yerli xalqlara məcbur edilmiş bir dildir, lakin Mençu bu dili öyrənməyi və bu dildə zalımlara qarşı mübarizəsini aparmaq istədi. Kitab onu Qvatemalada davam edən qarşıdurma zamanı beynəlxalq simvola çevirdi və yerli xalqların zülmkar bir hökumət rejimi altında çəkdiyi əziyyətlərə diqqət çəkdi.

Mençu, 1996-cı ildə Qvatemalada Sülh sazişləri üçün Prezidentin Xoşməramlı səfiri vəzifəsini icra etdi.GUATEMALA: RIGOBERTA MENCHU STEPS BEYOND TRADITION TO MOVE INDIGENOUS AGENDA , thefreelibrary.com. Retrieved 27 November 2017. Elə həmin il Bostonda Barış Abbey vicdan və cəsarəti mükafatı aldı.

Qvatemala Vətəndaş müharibəsi bitdikdən sonra, Mençu, Qvatemalanın siyasi və hərbi quruluş üzvlərinin İspaniya məhkəmələrində mühakimə olunması üçün mübarizəyə başladı. 1999-cu ildə, Qvatemalada vətəndaş müharibəsi dövründəki cinayətlərə qarşı mühakimə etmə praktiki olaraq qeyri-mümkün olduğu üçün İspaniyada məhkəməyə şikayət etdi. İspaniya məhkəmələri iddiaçıların Qvatemala hüquq sistemi vasitəsilə ədalət axtarmağın bütün imkanlarının hələ də tükənmədiklərini təyin etdikləri üçün bu cəhdlər dayandırıldı. 23 dekabr 2006-cı ildə İspaniya, Qvatemala hökumətinin Xose Efrain Rios Mont və Oskar Umberto Mexia Viktores də daxil olmaqla yeddi keçmiş üzvünün soyqırım və işgəncə ittihamı ilə ekstradisiyasına çağırdı. İspaniyanın ən yüksək məhkəməsi, xaricdə gerçekləşdirilən soyqırımı işlərinin, İspan vətəndaşları olmasa da, İspaniyada mühakimə edilməsinə qərar verdi. İspaniya vətəndaşlarının ölümünə əlavə olaraq, ən ciddi ittihamlar arasında Qvatemalanın Maya xalqına qarşı soyqırımın olması idi. Siyasət thumb|Mençu,Yerli xalqların kimlik və hüquqlarına dair müqavilə yürüşündə,2009-cu il 12 fevral 2007-ci ildə Mençu, Qvatemala Enkuentro por adlı yerli siyasi partiya quracağını və 2007-ci prezident seçkilərində iştirak edəcəyini bildirdi. O, indiyədək Qvatemala seçkilərində iştirak edən ilk aborigen Mayalı idi. Seçilsə idi, Meksikalı Benito Xuares, Perudan Alexandro Toledo və Boliviyadan Evo Moralesdən sonra Latın Amerikasının dördüncü aborigen prezidenti olacaqdı. 2007-ci il seçkilərində Mençu seçicilərinin az səs faizi ilə ilk turdaca məğlub oldu.

2009-cu ildə Mencu yeni qurulan Vinaq partiyasında iştirak etdi. Mençu 2011-ci il prezident seçkilərində yenidən namizəd oldu, ancaq ilk turda yenə aşağı səs faizi ilə məğlub oldu. Mençunun seçilməməsinə baxmayaraq, Vinaq Qvatemalanın ilk aborigen siyasi partiyası olmağı bacardı.

Beynəlxalq aktivist 1996-cı ildə Mençu, aborigen insanların hüquqları uğrunda fəallığını nəzərə alaraq UNESCO-nun xoşməramlı səfiri vəzifəsinə təyin edildi. Bu vəzifəsində, Dünya aborigen xalqlarının ilk beynəlxalq onilliyinin (1995-2004) sözçüsü kimi çıxış etdi, burada yerli xalqlar üçün ətraf mühit, təhsil, səhiyyə və insan hüquqları kimi məsələlərdə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün çalışdı. 2015-ci ildə Mençu, Qvatemala ilə təşkilat arasındakı münasibətləri möhkəmləndirmək üçün UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdü.

2003-cü ildən etibarən Mençu "Salud para Todos" ("Hamı üçün Sağlamlıq") və "Farmacias Similares" şirkətlərinin prezidenti olaraq yerli əczaçılıq sənayesinə daxil olaraq, ucuz maliyyəli ümumi dərmanların istehsalını təklif edir. Bu təşkilatın prezidenti olaraq, Mençu, AİDS və xərçəng dərmanlarının mövcudluğunu və əlçatanlığını artırmaq üçün patent müddətini qısaltmaq istəyi səbəbiylə böyük əczaçılıq şirkətlərindən geri çağırış aldı.

2006-cı ildə Mençu qadın Nobel sülh mükafatı laureatları Codi Vilyams, Şirin Ebadi, Vanqari Maatai, Betti Vilyams və Meyrid Korriqan ilə birlikdə Nobel Qadın Təşəbbüsünün qurucularından biri idi. Şimali Amerika, Cənubi Amerika, Avropa, Orta Şərq və Afrikanı təmsil edən bu altı qadın, təcrübələrini sülh, ədalət və bərabərlik uğrunda bir araya gətirmək qərarına gəldilər. Nobel Qadın Təşəbbüsünün məqsədi dünyada qadın hüquqlarının gücləndirilməsinə kömək etməkdir.Nobel Women's Initiative

Mençu, Nobel sülh mükafatlarını gənclər üçün mentor və model olaraq istifadə etmək və bu mükafatın aureatlarının biliklərini, bacarıqlarını və təcrübələrini bölüşmək üçün yaradılan PeaceJam təşkilatının üzvüdür.Profile , BusinessWire.com, 20 April 2015. Retrieved 27 November 2017.PeaceJam Mission Statement PeaceJam konfranslar vasitəsilə gənclərlə treninqlər apararaq dünyanı gəzir. O,həmçinin 2008-ci ildə Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən dünyada barışı yaymağı etmək üçün yaradılan Jak Şirak şərəf komitəsinin üzvüdür.

Prensa Latina-ya görə Mençu, son illərdə aktivliyini siyasi və iqtisadi bərabərsizlik və iqlim dəyişikliyi daxil olmaqla bir çox istiqamətlərdə davam etdirir. Venesuelada baş verən mövcud qanun pozuntuları da daxil olmaqla insan haqları sözçüsü kimi fəaliyyəti davam edir.

İrsi Mükafatları thumb|Mexiko şəhərindəki Templo Mayor məbəd muzeyində saxlanılan Riqoberta Mençuya verilən Nobel sülh mükafatı. Latın Amerikasının yerli xalqları üçün təbliğatına və sosial ədalət işinə görə 1992-ci ildə Nobel sülh mükafatı"The Nobel Peace Prize 1992" , Nobelprize.org. Retrieved 27 November 2017. 1992-ci ildə YUNESKO-nun Qvatemaladakı yerli xalqları müdafiə etməsinə görə xoşməramlı səfiri vəzifəsi Mençu, o dövrdə Nobel sülh mükafatına layiq görülən ən gənc və ilk aborigen mükafatçı oldu. 1996-cı ildə Qvatemalanın yerli xalqlarını müdafiəsinə görə Sülh Abbey Vicdan və Cəsarət mükafatı 1998-ci ildə qadınların və xidmət etdikləri icmaların vəziyyətini yaxşılaşdırdığına görə Asturiya Şahzadəsi mükafatı. (6 digər qadınla birlikdə.)"Premio Príncipe de Asturias de Cooperación Internacional 1998" , Fundación Princesa de Asturias website]. Retrieved 27 November 2017. 1999-cu ildə asteroid 9481 Menşu onun şərəfinə adlandırıldı () 2010-cu ildə Meksika üçün göstərdiyi xidmətlərinə görə Aztek Qartalı ordeni Azlıq qruplara vəkillik etdiyi üçün 2018-ci ildə Spendlove mükafatı

Nəşrləri Mən,Riqoberta Mençu (1983) Mənim adım Riqoberta Mençudur və vicdanım necə doğuldu, başlıqlı bu kitab, Mençu tərəfindən diktə edilmiş və Elizabet Burqos tərəfindən köçürülmüşdür. Sərhədləri keçərək (1998) Maya qızı (1999) Dante Liano ilə birgə yazılan,Domi tərəfindən illustrasiyaları verilmiş Çimelli qız (2005) Dante Liano ilə birgə yazılan,Domi tərəfindən illustrasiyaları verilmişBal bankası (2006) Dante Liano ilə birgə yazılan,Domi tərəfindən illustrasiyaları verilmiş Gizli Miras (2008) K'aslemalil-Vivir. El caminar de Rigoberta Menchú Tum en el Tiempo (2012) Şahid ifadəsi ilə bağlı mübahisələr Antropoloq Devid Stoll Riqoberta Mençu kitabını araşdıraraq Mençunun partizan hərəkatının təbliğat ehtiyaclarını ödəmək üçün həyatı, ailəsi və özü ilə əlaqədar bəzi elementləri dəyişdirdiyini iddia etdi. Stollun kitabından qaynaqlanan mübahisələr o zamanın ABŞ mətbuatında geniş yayılmışdı. New York Times, kitabda biri-birinə zidd olan bəzi iddiaları vurğuladı: