Əli Rəşid oğlu Hüseynov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin giziri; Vətən Müharibəsi Qəhrəmanı.

Tərcümeyi-halı Əslən Samux rayonunun Lək kəndindən olan Əli Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə "gizir" hərbi rütbəsində xidmət edib.

2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.

İstinadlar