1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər.

Finala gedən yol Real MadridRaundReymsRəqibÜmumiİlk oyun2-ci oyunRəqibÜmumiİlk oyun2-ci oyun Servett7–02–0 (Q)5–0 (Ev)Birinci raund Orxus4–22–0 (Q)2–2 (Ev) Partizan4–34–0 (Ev)0–3 (Q)1/4 final Vörös Lobogó8–64–2 (Ev)4–4 (Q) Milan5–44–2 (Ev)1–2 (Q)Yarımfinal Hibernian3–02–0 (Ev)1–0 (Q)

Real Madrid Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi. 2-0 hesabı ilə bitən səfər oyununun ardından ev stadionu Santyaqo Bernabeuda Alfredo Di Stefanonun dublü ilə 5-0-lıq qalibiyyət gəldi. 1/4 finalda onların rəqibi son Yuqoslaviya çempionatında beşinci yeri tutan Partizan klubu oldu. Evdə keçirilən ilk oyunun taleyini Eliodoro Kastanyo Pedrosanın dublü və Fransisko Xento və Alfredo Di Stefanonun qolları təyin etdilər.

Oyun

Detallar

GK 1 Xuan AlonsoDF 2 Anxel AtyenzaDF 3 Rafael LesmesMF 4 Miqel Munyos (k)DF 5 MarkitosMF 6 Xose Mariya SarraqaFW 7 XoseitoFW 8 Ramon MarsalFW 9 Alfredo Di StefanoFW 10 Ektor RialFW 11 Fransisko GentoBaş məşqçi: Xose Vilyalonqa300px GK 1 Rene-Jan JakeDF 2 Simon ZimniDF 3 Raul JiroudoMF 4 Mişel LeblonDF 5 Rober Jonke (k)MF 6 Rober SyatkaFW 7 Mişel HidalqoFW 8 Leon QlowatskiFW 9 Raymon KopaFW 10 Rene BliarFW 11 Jan TemplinBaş məşqçi: Alber Battö

Köməkçi hakimlər: C. Parkinson (İngiltərə)Tommi Kuper (İngiltərə)

Həmçinin bax

UEFA Çempionlar Kuboku 1955/1956 Eyni klubların qarşılaşdığı 1959 UEFA Çempionlar Kuboku finalı

Qeydlər

İstinadlar

Xarici keçidlər

UEFA-nın saytında 1956 Çempionlar Kuboku finalı

UEFA UEFA Kateqoriya:UEFA Çempionlar Liqasının finalları Kateqoriya:1956-cı ilin iyunu