Bozpapaqlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 4 km şimal-şərqdə, Qarabağ düzündə yerləşir.
Toponimi Ehtimal olunur ki, oykonim Cavanşir tayfasına mənsub bozpapaqlar tirəsinin adını daşıyır və etnopotonimdir.
Tarixi Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Bozpapaqlar kəndi Ağdam rayonunun Seyidli kənd Sovetinə daxil idi. Həmin il üçün, Seyidli kənd Sovetinə həmçinin Sarıhacılı kəndi və kənd Sovetinin mərkəzi olaraq Seyidli kəndi də daxil idi.
Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması, Bozpapaqlar kəndinin Seyidli kənd Sovetindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Seyidli kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Seyidli kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Seyidli kənd Sovetinin Seyidli və Sarıhacılı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Amma buna baxmayaraq, hal hazırda, Seyidli və Sarıhacılı kənd statusundadırlar. Hal hazırda, Seyidli, Bozpapaqlar və Sarıhacılı kəndləri Azərbaycanın Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsinə daxildirlər, Seyidli kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Kənd 1993-cü il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı.
Kənd təsərrüfatı 1993-cü ilin iyul ayında baş vermiş işğaldan əvvəl kəndin əhalisi heyvandarlıq, əkinçilik, üzümçülük ilə məşğul olmuşdu.
Əhalisi
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri